CƏMİYYƏT
Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan prinsiplərə daim sadiqliyi ilə fərqlənib
![Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan prinsiplərə daim sadiqliyi ilə fərqlənib](/files/2022/2/1200x630/16572684291059447345_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan prinsiplərə daim sadiqliyi ilə fərqlənib. Bunu bizə təqdim olunan hesabatlarda da görə bilirik.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Qeyd edilib ki, “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğa son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmağı əsas hədəf qoyan bu gündəliyinin prioritetləri elə Azərbaycanın da daxili və xarici siyasətində öz əksini tapıb: “Əlbəttə biz ildən-ilə Azərbaycanda yoxsulluğun azaldığının, insanların rifah halının yüksəldiyinin şahidi oluruq. Əlbəttə DİM prinsiplərinə riayət etməklə atılan addımlar 2022 DİM İndeksi üzrə hesabatda (Sustainable Development Report 2022) Azərbaycanın 2021-ci ilin nəticələri ilə müqayisədə 5 pillə irəliləməsi ilə nəticələnmişdir. 73.5 bal ilə dünyada 50-ci yerdə qərarlaşmış ölkəmiz son illər ardıcıl şəkildə göstəriciləri artırır. Bu irəliləmə onu göstərir ki, Azərbaycan müharibədən sonrakı dövrdə də DİM-lərə xüsusi yer ayırıb”.
Deputat diqqətə çatdırıb ki, sürət və keyfiyyət amillərini bir araya gətirməklə sistemli, əhatəli yanaşma əsasında həyata keçirilən bu işlərdə ətraf mühitin qorunması, su ehtiyatlarının səmərəli istifadəsi, ağıllı şəhər və innovativ şəhərsalma, yaşıl enerji, təhsilə və səhiyyə xidmətlərinə əlçatanlıq kimi məsələlərin daima diqqət mərkəzində olması DİM baxımından çox əhəmiyyətlidir: “Bu, Prezident İlham Əliyevin göstərişləri əsasında onun şəxsi nəzarəti ilə aparılan işlər zamanı öz əksini tapıb. Son illər bütün sahələrdə həm yenilikləri, həm də təşəbbüsləri ilə fərqlənən Azərbaycan DİM-lərə nail olmaq prosesində böyük maneələr törədən minalar və partlamamış hərbi sursat mövzusunda da DİM kontekstində bir ilkə imza atıb. Azərbaycan 2022-ci ilin mart-aprel ayında ölkəmizdə “Humanitar minatəmizləmə və DİM-lər” mövzusunda beynəlxalq konfrans keçirərək 18-ci DİM “Humanitar minatəmizləmə” təşəbbüsünü irəli sürüb. Məsələnin bu qoyuluşu son aylarda minatəmizləmə dairələrində fəal müzakirə edilərək, böyük marağa səbəb olub. Bu baxımdan Azərbaycanın DİM prinsipliyinə sadiqliyi və onun inkişafı üçün töhfələr verməsini biz xüsusilə qeyd etməliyik”.