Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin ilk beynəlxalq elmi konqresi keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Martın 14-dən 16-dək Bakı Konqres Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin ilk beynəlxalq elmi konqresi keçiriləcək.
Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, “Daha yaxşı gələcək quraq” şüarı altında keçiriləcək konqresin əsas hədəfi əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək məqsədilə ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübələrin yerli və xarici həmkarlarla bölüşülməsi, beynəlxalq əməkdaşlığın qurulması, bu sahədə yeni nailiyyətlərin təşviq edilməsidir.
Konqresdə Səhiyyə Nazirliyinin, müxtəlif dövlət və özəl tibb mərkəzlərinin, Tibb Universiteti və digər ixtisaslaşmış tibb qurumlarının nümayəndələri ilə yanaşı, ABŞ, Rusiya, Tailand, Niderland, Almaniya, Birləşmiş Krallıq, İran, Türkiyə, İtaliya, Hindistan, Almaniya və Gürcüstandan tibb elmi məktəblərinin tanınmış mütəxəssisləri və alimləri iştirak edəcək. Tədbirdə 600-dən çox mütəxəssisin iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]