Azərbaycan alimləri Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib
Bakı, 15 noyabr, AZƏRTAC
ABŞ-ın Stenford Universiteti bu ilin oktyabr ayında dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısını dərc edib. Bu reytinq siyahısı iki mühüm göstərici - məqalə və istinadların sayı əsasında hazırlanır. İlkin mərhələdə 2020-ci ildə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdə isə bu seçilmişlərin arasından həmin ildə ən çox istinad alan, başqa sözlə, ilk 2 faizə daxil olan alimlərin adı reytinq siyahısına daxil edilir.
Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilib. Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i AMEA-nın əməkdaşıdır. Bu 5 alimdən 2-si isə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bunlar baş direktor, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Hər iki alim “İnformasiya və kommunikasiya texnologiyaları” elmi istiqaməti üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 253359 alim arasından seçilib.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə də Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:37]