Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub
Astana, 9 oktyabr, AZƏRTAC
Astanada “Əməyin təkamülü: İqlim, səlahiyyətlər, şifr” mövzusunda beynəlxalq işçi gənclər forumu keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, iclasda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan ekspertlər çıxış ediblər.
İştirakçılar iqlim dəyişikliyinin, rəqəmsallaşmanın və yeni texnologiyaların peşə ixtisaslarına təsirini müzakirə ediblər.
Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kayrat Kambarov çıxışında müzakirə olunan mövzunun aktuallığını vurğulayıb, cari ilin ölkədə “Peşə ixtisası İli” elan edildiyini diqqətə çatdırıb.
Forum iştirakçıları üçün praktiki məşğələlər - süni intellektlə işləmək bacarıqları, PR və SMM əsasları üzrə təlimlər təşkil olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana