Azərbaycan atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan atıcısı Ruslan Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lsenziya qazanıb.
AZƏRTAC Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan idmançımız Olimpiadaya lisenziyanı təmin edib.