AZƏRBAYCAN, BELARUS VƏ RUSİYA TELERADİO ŞİRKƏTLƏRİ BİRGƏ EKOLOJİ TELELAYİHƏ HAZIRLAMIŞLAR
Azərbaycan, Belarus və Rusiya teleradio şirkətləri “Terra” birgə ekoloji telelayihəsi hazırlamışlar. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin premyerası iyunun 28-də “Belarus-TV” beynəlxalq peyk telekanalında olacaqdır.
Müstəqil Dövlətlər Birliyində iqtisadi, sosial, ekoloji və digər problemlərdən bəhs edən birgə sənədli layihələrin hazırlanması qərarı MDB ölkələri dövlət və ictimai teleradio şirkətləri rəhbərlərinin şurası tərəfindən qəbul olunmuşdur. “Terra” bu sıradan olan ilk layihədir. Filmdə bataqlıqlardan səmərəli istifadə olunması, onların qorunması və bərpası mövzusuna toxunur.
Təbiətin misilsiz sərvəti olan bataqlıqlar uzun müddət qurudulmuş və məhv edilmişdir. Lakin bataqlıqlar qlobal istiləşmə ilə mübarizədə, havanın təmizlənməsində, ekoloji tarazlığın bərpa olunmasında səmərəli mexanizmdir. Bundan əlavə, bataqlıqlar köçəri quşlar üçün tranzit ərazidir. Belarusun Polesye ovalığında, Kür çayının Azərbaycan ərazisindəki deltasında və Rusiyanın Novosibirsk vilayəti ətrafında yerləşən bataqlıqları məhz bu xüsusiyyətlər birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]