Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİNDƏ MƏTBUAT KONFRANSI

Sentyabrın 12-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində ABƏŞ-in və “Britiş petroleum-Azərbaycan”şirkətinin prezidenti Devid Vudvordun, “BTC Ko” şirkətinin vitse-prezidentləri Maykl Tausent və Corc Saylerin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Devid Vudvord mətbuat konfransını açaraq bildirdi ki, sentyabrın 18-də Səngəçal terminalının genişləndirilmiş sahəsində Bakı-Tbilisi-Ceyhan /BTC/ ixrac neft boru kəmərinin tikintisinin bünövrəsinin qoyulmasına həsr olunmuş mərasim keçiriləcəkdir. Bu, xam neftin Azərbaycandan və Xəzər regionundan Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına ixrac edəcək 1760 kilometrlik boru kəmərinin tikintisi layihəsinin həyata keçirilməsində mühüm mərhələdir.

Devid Vudvord dedi ki, ərazisindən ixrac boru kəməri keçəcək ölkələrin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin prezidentləri - zati-aliləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze tikintinin başlamasını bildirən xatirə lövhəsini açacaq, paslanmayan poladdan hazırlanmış və içərisində gələcək nəsillərə müraciət məktubu olan “zaman kapsulu”nu bünövrəyə qoyacaqlar.

O vurğuladı ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin işlənilməsi üzrə Rəhbər Komitə AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin ikinci fazasına başlanmasını sanksiyalaşdırır. Faza -2 layihəsinin imzalanmasına dair rəsmi mərasim Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyevin iştirakı ilə Prezident sarayında keçiriləcəkdir.

Devid Vudvord bildirdi ki, bu il avqustun 1-də Londonda “Bakı-Tbilisi-Ceyhan boru kəməri “şirkətinin /BTC Ko/yaradılmasının rəsmiləşdirilməsi üçün lazımi sənədlər imzalanmışdır. İmzalanma mərasimində bütün tranzit ölkələrin -Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin nümayəndələri iştirak etmişlər. ARDNŞ-in prezidenti Natiq Əliyev BTC Ko-nun Direktorlar Şurasının sədri, bp şirkəti isə layihənin operatorudur. Hazırda BTC Ko-nun səhmdarları bunlardır: bp /38,21%/, ARDNŞ/25%/, Statoyl/9,58%/”, Yunokal/8,90%/, TPAO /7,55%/, Eni/5%/, İtoçu/3,40%/ və Amerada Hess/2,36%/. Əlavə olaraq, TotalFinaElf şirkəti də BTC-də 5% pay almaq hüququ qazanmışdır. D.Vudvord Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin mühüm müqavilələrini həyata keçirəcək şirkətlərin də adlarını açıqladı. Azərbaycanda bu, “Consolidated Contractors İnternational Company” /Yunanıstan/ şirkətidir. Gürcüstanda boruların çəkilişini və hər iki ölkədə qurğuların tikintisini “Petrofac”/ABŞ/ şirkəti ilə birlikdə birgə müəssisəyə rəhbərlik edən “Spie Capaq”/Fransa/ şirkəti həyata keçirəcəkdir. Tenderin iştirakçılarının siyahısını 2001-ci ilin sonunda BTC-nin bütün tərəfdaşları bəyənmişlər. Türkiyənin “BOTAS” dövlət boru kəməri şirkəti kəmərin Türkiyə sahəsinin başa çatdırılıb təhvil verilməsi üzrə podratçı olaraq qalır.

Devid Vudvord “ Consolidated Contractors İnternational Company”  şirkətinin təsisçilərindən birinin milliyyətcə erməni olmasına necə baxırsınız?” sualına cavabındadedi:

-Sizdəki informasiya düzgün deyildir. BTC Ko-nun bütün tərəfdaşları boru kəmərinin tikintisinə dair tenderdə iştirak edən şirkətləri diqqətlə öyrənmişlər.  Bundan əlavə, BTC Ko-nun başlıca iştirakçılarından biri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir.

Devid Vudvord  layihənin texniki tərəfləri barədə də məlumat verdi. Boru kəmərinin 8 nasos stansiyası olacaqdır. Kəmərin marşrutu 1500-dən çox çaydan keçəcək və onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2700 metr hündürlükdə olacaqdır. Tikintini başa çatdırılmasına 30 ay vaxt  lazım gələcəkdir. Bu işlər,əslində, 2003-cü ilin birinci rübündə başlanacaq və 2004-cü ilin dördüncü rübündəqurtaracaqdır. 2005-ci ilin yazında boru kəməri ilk nefti qəbul etməyə hazır olacaqdır. Layihənin həyata keçirilməsinə 2,95 milyard dollar həcmində investisiya qoyulacaqdır.

ABƏŞ-in prezidenti Faza - 1 layihəsindən danışarkən bildirdi ki, bu layihədə 2300-dən çox Azərbaycan vətəndaşı çalışır . Faza - 2 layihəsi isə hasilatın birgə işlənilməsi ilkin neft layihəsindən sonra AÇG yataqlarının tammiqyaslı işlənilməsinin ikinci böyük iri mərhələsidir. 5,2 milyard dollar sərmayənin təxminən 3,8 milyardı obyektlərin tikintisinə  və sınaq buruqlarının qazılmasına, vəsaitin qalan hissəsi isə neft hasilatının sonrakı dövründə istismar quyularının qazılmasına sərf olunacaqdır.Bu layihə həyata keçirilərkən ölkəmizdə 2000-dək əlavə iş yeri yaratmaq nəzərdə tutulur.

Devid Vudvord jurnalistlərin digər suallarına da cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH