AZƏRBAYCAN BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR
Ölkəmizin Yunanıstandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu il mayın 29-dan iyunun 1-dək Yunanıstanın Saloniki şəhərində 5-ci Beynəlxalq kitab sərgisi keçirilmişdir. 44 ölkənin qatıldığı sərgidə Azərbaycanla yanaşı postsovet ölkələrindən yalnız Gürcüstan, Latviya, Litva, Estoniya və Rusiya iştirak etmişdir. Ölkəmizin sərgidə iştirakı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfimdən təmin olunmuşdur.
Sərgidə ölkəmizin siyasi xadimlərinin həyat və fəaliyyətlərini, tarixini, mədəniyyətini, musiqisini və sair əks etdirən kitablar, eləcə də Azərbaycan turizmi ilə bağlı broşürlər və suvenirlər nümayiş olunmuşdur.
Səfirliyimizin attaşesi Günay Rəhimova sərgidə iştirak etmək üçün Salonikiyə ezam olunmuşdur. O, Salonikidə olduğu zaman bu şəhərdə təhsil alan 40-a yaxın azərbaycanlı tələbə ilə görüş keçirmiş, onların problemləri ilə maraqlanmışdır. Görüşdə səfirliyin adından tələbələrə Azərbaycana həsr olunmuş kitablar, broşürlər, CD, DVD-lər və sair materiallar təqdim edilmişdir. Eyni zamanda Salonikidə yerləşən A.T.E.İ və Aristotelio Universitetlərinin kitabxanalarına ölkəmizə aid kitablar hədiyyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]