Azərbaycan bu il ən çox İtaliyaya məhsul göndərib
Bakı, 16 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 46,9 milyon ABŞ dolları, Türkiyəyə 302,6 milyon dollar, Hindistana isə 218,5 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 97,4 milyon dollar, Türkiyə ilə 541,1 milyon dollar, Rusiya ilə 332,5 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:32]
İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
- 10.06.2026 [13:24]
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
- 10.06.2026 [13:19]
Qlobal LNG ticarəti ötən il 5 faiz artıb
- 10.06.2026 [13:18]
Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb
- 10.06.2026 [12:56]