Azərbaycan cüdoçusu beynəlxalq Qran-pri yarışlarının qalibi olub VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Tbilisidə cüdo üzrə beynəlxalq Qran-pri yarışlarında tam heyətlə çıxış edən Azərbaycan millisi turnirdə iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tərlan Kərimov (66 kq) isə milli komandamıza bürünc medal qazandırıb.
Turnirə martın 22-də yekun vurulacaq.