Azərbaycan diasporu Monteneqroya yardımını əsirgəmir
Podqoritsa, 7 may, AZƏRTAC
Azərbaycan COVID-19 pandemiyası zamanı dost ölkələrə, o cümlədən Monteneqroya yardımını əsirgəmir.
AZƏRTAC xəbər verir ki, pandemiya dövründə Azərbaycan hökuməti və iş adamları dəfələrlə Monteneqroya müxtəlif formada yardımlar ediblər.
Belə ki, bu istiqamətdə “Azerbaijan Global Investments” şirkətinin Monteneqroda fəaliyyət göstərən törəməsi “Azmont Investments” bu ölkədə yaradılmış İnfeksion Xəstəliklərin Koordinasiyası üzrə Milli Mərkəzə 20 min avro vəsait köçürüb.
Habelə Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan 30 ailəyə yardımın göstərilməsi məqsədilə paytaxt Podqoritsa bələdiyyəsinə zəruri ərzaq məhsullarından ibarət yardım paketləri təqdim edilib.
Monteneqronun Azərbaycandakı fəxri konsulu, iş adamı Vüqar Əliyev ölkədə koronavirusla mübarizəyə dəstək məqsədilə 5000 maska hədiyyə edib. Eyni addımı azərbaycanlı iş adamı Rəsul Hüseynli də atıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
- 10.06.2026 [11:34]
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO
- 10.06.2026 [11:01]
Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb
- 10.06.2026 [11:00]