Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
BDYPİ-dən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobildə gedən sərnişinlərdən birindən narkotik vasitələr aşkar edilib. Hər iki şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir, bu, eləcə də digər qanunsuz hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.