Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 9-da Sankt-Peterburqun “Astoriya” mehmanxanasının böyük salonunda şəhərdə yaşayan soydaşlarımızla görüşmüşdür. 

Salona toplaşanlar dövlətimizin başçısı Heydər Əliyevi hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Görüşü Azərbaycanın Sankt-Peterburqdakı fəxri konsulu Qüdsi Osmanov açdı.

AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI FƏXRİ KONSULU QÜDSİ OSMANOVUN ÇIXIŞI

-Əziz və çox hörmətli cənab Prezidentimiz!

Bu gün “Astoriya” mehmanxanasının gözəl salonuna bizim buradakı Azərbaycan diasporunun nümayəndələri yığışmışlar. Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıların çoxu Sizinlə görüşmək istəyirdi. Burada yaşayan azərbaycanlılar eşidəndə ki, Siz bizim şəhərə səfərə gələcəksiniz, belə qərara aldılar ki, səkkiz min nəfərin iştirakı ilə görüş keçirilsin. Ancaq çox təəssüflər olsun ki, protokol qaydasına görə, biz tədbiri bundan böyük salonda keçirə bilmədik. Ona görə qərara gəldik ki, Azərbaycan diasporunun ən tanınmış nümayəndələrini buraya dəvət edək.

Cənab Prezident, biz, bura toplaşan diaspor nümayəndələrinin çoxu, vaxtilə1970-80-ci illərdə Sizin Azərbaycandan Rusiyaya göndərdiyiniz tələbələrdir. Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun aparıcı nümayəndələri çox fəaldırlar. Eyni zamanda, buradakı diaspor Sizin, cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və Azərbaycanın adını uça tutmaq üçün əlindən gələni edir. Çünki Sizin Azərbaycanda apardığınız xarici siyasət, o cümlədən bilavasitə diaspor ilə bağlı siyasət bütün şəraitləri yaradır ki, azərbaycanlılar daha möhkəm birləşsinlər və Azərbaycan ilə Rusiya, Sankt-Peterburq arasında ikitərəfli əlaqələr daha da inkişaf etsin.

Hörmətli əziz Prezidentimiz!

İcazə verin, Sankt-Peterburqda yaşayan bütün azərbaycanlılar adından Sizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin daha da inkişafı, bütün Azərbaycan xalqının gələcəyi naminə işlərinizdə müvəffəqiyyətlər arzulayım.

X X X

Sonra Sankt-Peterburqdakı Azərbaycan Milli Muxtariyyətinin sədri Vaqif Məmişova söz verildi.

SANKT-PETERBURQDAKI AZƏRBAYCAN MİLLİ MUXTARİYYƏTİNİN SƏDRİ VAQİF MƏMİŞOVUN ÇIXIŞI

-Azərbaycan yurdunun, Azərbaycan xalqının əziz və hörmətli Prezidenti Heydər Əliyev!

Ana yurdumuzdan gələn hörmətli qonaqlarımız, qardaşlarımız, bacılarımız!

Mən sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.

Cənab Prezident, bu gün burada olan insanlar fərəh hissi ilə deyirlər kİ, Sizin sayənizdə bizə bundan sonra daha böyük imkanlar veriləcək ki, Rusiyada daha da azad hərəkət edəcəyik, sərbəst surətdə gözəl işlər görə biləcəyik. Azərbaycanla Rusiya arasında olan bugünkü münasibətlər get-gedə möhkəmlənir və bu iki ölkənin bir-biri ilə gözəl əlaqəsindən biz də istifadə edəcəyik. Biz çox sevinirik ki, hörmətli Prezidentimiz bu gün buraya təşrif buyurubdur. Cənab Prezident, bu gün bizim sevincimizin həddi yoxdur. Biz çox yerlərdə danışıb yada salırıq ki, Prezident Putin XX1 əsrdə ilk xarici səfərini Azərbaycana etmişdir. Biz bilirik ki, bu, cənab Prezidentimizın hörməti və adı ilə bağlıdır.

Üç il bundan əvvəl Sankt-Peterburqun qubernatoru Yakovlev başda olmaqla biz Azərbaycana getmişdik. Bizi çox yüksək səviyyədə qarşıladılar. Allah Sizə cansağlığı versin ki, bizə gözəl imkanları yaradırsınız.

Cənab Prezident, biz Azərbaycana gedəndə görürük, çox yerlərdə danışırıq, bilirik, sevinirik və fəxr edirik ki, bu gün Azərbaycanda cinayətkarlıq yoxdur. Gecə səhərə kimi sərbəst gəzmək mümkündür və heç kimin heç kəslə işi yoxdur. Bütün bunlar, habelə iki ölkə arasındakı gözəl münasibətlər Sizin adınızla bağlıdır. Neçə illərdir burada yaşayan soydaşlarımız Sizinlə fəxr edirlər, Azərbaycanda olan dirçəlişə, inkişafa sevinirlər.

Amerikanın, Böyük Britaniyanın, Fransanın iri şirkətləri Azərbaycana çoxlu sərmayə qoymuşlar, iri layihələrdə iştirak edirlər. Bütün bunları Siz etmisiniz. Azərbaycandakı əmin-amanlıq, müharibənin dayandırılması mühüm amildir. İndi burada əyləşən insanların doğmaları - bacı-qardaşları, ata-anaları, nənə-babaları ana yurdumuzda rahat yaşayırlar. Biz əminik ki, Azərbaycanda əmin-amanlıq bundan sonra daha da möhkəm olacaqdır.

Mən özüm Gürcüstanda böyümüşəm və 20 ildir burada yaşayıram. Günlərin birində mən Gürcüstana getdim. İki il bundan əvvəl orada mənim atamı oğurlamışdılar. Onu azad etdik, bir müddət mühafizə altında yaşadı. Lakin gördük ki, mümkün olmur, Bakıya apardıq. İndi orada sərbəst, arxayın yaşayır. Yəni demək istəyirəm ki, Azərbaycanda hər şey qaydasına düşübdür. Hörmətli Prezident, bütün bunlar Sizin adınızla bağlıdır.

Əziz və hörmətli Prezidentimiz!

Bildirmək istəyirəm ki, burada Nizami Gəncəvinin heykəlinin qoyulmasında bizim muxtariyyətin də böyük rolu olmuşdur. Bugünkü gün bizim üçündür, burada yaşayan azərbaycanlılar üçündür. Cənab Putin buraya gələndə biz başımızı uca tuturuq. Biz burada müəyyən işlər görürük, söhbətlər aparırıq ki, soydaşlarımız xalqımızın başını uca etsinlər.

Burada iştirak edənlər müəssisələrin direktorlarıdır, iş adamlarıdır, çox bacarıqlı insanlardır. Bizim hamımız Azərbaycanı təmsil edirik və ölkəmizin adının uca olması üçün çalışırıq.

Möhtərəm Prezident, biz Sizin apardığınız daxili və xarici siyasəti çox bəyənirik. Arzu edirik ki, bu siyasət çox illər davam etsin. Sizin yolunuzu davam etdirən, yüksək savadı, mədəniyyəti, bacarığı ilə Azərbaycanda və ondan kənarda tanınan, hörməti olan İlham Əliyevə bizim diasporun üzvlərinin çox böyük hörməti vardır. Siz bu xalq üçün çox xidmətlər göstərmisiniz. Mən Sizə cansağlığı arzulayıram. Nə arzularınız, diləkləriniz varsa, Allah-təala hamısını həyata keçirməyə imkan versin.

Mən Gürcüstana gedəndə görürəm, eşidirəm. Soydaşlarımıza deyirlər ki, bizim hörmətli Prezidentimiz Gürcüstana kömək edir.

Sizə bir daha cansağlığı arzulayıram. İnşallah, buraya yenə gəlin, bizi sevindirin.

Hörmətli Prezident, icazə verin, diasporumuz adından xatirə olaraq I Pyotrun heykəlini Sizə hədiyyə edim.

X X X

Sankt-Peterburqun baş sanitar həkimi, şəhər qubernatorunun müşaviri Aza Rəhmanova çıxış etdi.

SANKT-PETERBURQUN BAŞ SANİTAR HƏKİMİ,ŞƏHƏR QUBERNATORUNUN MÜŞAVİRİ AZA RƏHMANOVANIN ÇIXIŞI

-Möhtərəm əziz Prezidentimiz!

Hörmətli həmyerlilərim!

Biz sizi böyük sevinc hissi ilə salamlayırıq.

HEYDƏR ƏLİYEV: Mən elə bilirdim o, Sankt-Peterburqun işçisidir. Burada işləyir?

QÜDSİ OSMANOV: Bəli, cənab Prezident, tibb elmləri doktoru, professor, Rusiyanın əməkdar həkimidir. Diasporumuzun da fəal üzvüdür.

AZA RƏHMANOVA: Cənab Prezident, mən həm də qubernatorun müşaviri vəzifəsində işləyirəm.

HEYDƏR ƏLİYEV: Mən elə belə də başa düşdüm, zənn etmirdim ki, siz diasporu təmsil edirsiniz.

AZA RƏHMANOVA: Heydər Əliyeviç, mən demək istəyirəm ki, Siz diasporla çox yaxşı işləyirsiniz. Mən burada yaşayan bütün azərbaycanlıların bir-birinə münasibətini də çox yüksək qiymətləndirirəm. Mən özüm Bakıda anadan olmuşam, ata tərəfdən də, ana tərəfdən də azərbaycanlıyam.

HEYDƏR ƏLİYEV: Bakida?

AZA RƏHMANOVA: Əlbəttə. Mənim atam Həsən Rəhmanovdur, Hüseyn Rəhmanovun qardaşı.

HEYDƏR ƏLİYEV: Aza xanım yəqin ki, bu barədə sizə heç nə deməyəcək, lakin mən bilirəm ki, Hüseyn Rəhmanov 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri idi, qardaşı Həsən Rəhmanov da məsul vəzifədə çalışırdı. O zaman onları həbs etdilər, repressiyaya məruz qaldılar. Hüseyn Rəhmanovun şəkli xatirimdədir. Yaraşıqlı, cavan bir kişi idi.

AZA RƏHMANOVA: Mənim üçün çox xoşdur ki, Siz belə sırf insani məsələlərə toxundunuz. Çox xoşdur ki, onları xatırladınız. Məhz ona görə də mən Sizi bu qədər sevirəm, təkcə mən yox, bütün qohumlarım da, Sizi sevirlər, nəinki sevir, Sizə səcdə edirlər. Axı, biz Sizi lap çoxdan tanıyırıq.

HEYDƏR ƏLİYEV: Çox sağ olun.

AZA RƏHMANOVA: Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Əziz Əliyevi çoxdan tanıyırdım.

HEYDƏR ƏLİYEV: Doğrudan, siz Əziz Əliyevi nəzərdə tutursunuz? Hüseyn Rəhmanov, Həsən Rəhmanov, Əziz Əliyev vaxtilə bir yerdə işləyiblər. Əziz Əliyev o vaxt səhiyyə naziri idi, onlar bir yerdə çalışırdılar. Siz bilirsiniz ki, o, mənim mərhum həyat yoldaşımın atasıdır.

AZA RƏHİMOVA: Mənim anam Əziz Əliyevlə uzun müddət dostluq etmişdi. Anam Bakıda vəfat etmişdir, qəbri də Bakıdadır. Buna görə də mən öz ölkəmizlə sıx bağlıyam. Ona görə də, öz ölkəmiz, mənim doğma ölkəm deyirəm. İndi burada diasporumuzun nüfuzunu qaldırmağın Azərbaycan xalqının adını uca tutmağın vacib olduğunu deyəndə mən də fikirləşdim: Peterburqda bilsinlər ki, Siz burada oxumusunuz, Sizin oxuduğunuz gözəl, yaraşıqlı binada xatirə lövhəsi qoyulmalıdır. Bu, bizim üçün çox gözəl xatirə olar. Çünki Azərbaycanı Sizsiz təsəvvür etmək qeyri-mümkündür, Siz Azərbaycanın keçmişi, bugünü, gələcəyisiniz. Siz dünyada çox məşhur bir insansınız. Mən tez-tez səfərdə oluram, dünyanın, demək olar ki, bütün ölkələrində olmuşam. Hər yerdə də məndən harada anadan olduğumu soruşurlar. Cavab verirəm ki, Bakı şəhərində. Elə o dəqiqə də deyirlər: hə, Heydər Əliyev... Təsəvvür edirsinizmi, bütün dünya respublikanı, Azərbaycanı sizin adınızla tanıyır.

 

Buna görə də öz ailə üzvlərim adından, uzun müddət burada yaşayan həmyerlilərimiz adından Sizə cansağlığı arzulamaq istəyirəm. Bir də arzu edirəm ki, buraya, bizim yanımıza tez-tez gələsiniz. Zənn edirəm ki, bu, Sizin Peterburqa axırıncı səfəriniz olmayacaq. Siz İpək yolunu bərpa edirsiniz, mənəvi mədəniyyətimizi dirçəldirsiniz. Siz “Sivilizasiyaların dialoqu” ordeni aldınız. Buna görə də Sankt-Peterburq kimi zəngin ənənələrə malik şəhərə Sizin kimi bir şəxsin tez-tez gəlməsi lazımdır.

Sizin növbəti səfərinizi daha böyük səbirsizliklə gözləyəcəyik. Mən çox istərdim ki, burada xatirə lövhəsi olsun, Azərbaycanın Peterburqda baş konsulluğu açılsın, bu, çox vacibdir. Mən bunu təkcə öz adımdan demirəm, müəyyən mənada qubernatorun adından deyirəm, bunu həm də bizim Prezidentin adından deyirəm, çünki o, bu şəhərdə işləyəndə mən onunla bir yerdə çalışmışam və onun tapşırığı ilə dünyanın bir sıra ölkəsində olmuşam. Mənim üçün çox xoş idi ki, bir azərbaycanlı kimi mənə yaxşı münasibət bəsləyirdilər. Mənə elə gəlir ki, azərbaycanlı qadının belə bir nüfuz qazanması və ona böyük etimad göstərilməsi bütün diasporumuz üçün xoşdur. Buna görə də mən həmişə bu etimadı doğrultmağa çalışıram. Mən həmişə fikirləşirəm ki, təkcə özümə deyil, bütün ölkəmizə, Azərbaycana məxsusam. Bu etimadı itirməməyə, onu doğrultmağa çalışıram. Sizin barədə fikirləşəndə isə, bu, mənə daha çox ilham verir. Zənn edirəm ki, Sizin nümunəniz bizim hamımızı ruhlandırır. Sizin nümunəniz bizim diasporun daha yaxşı işləməsinə kömək edəcəkdir. Biz Sizin növbəti səfərinizi daha böyük səbirsizliklə gözləyəcəyik.

Mən dünya azərbaycanlılarının qurultayının iştirakçısı olmuşam. Xoşbəxtəm ki, belə əlamətdar hadisədə iştirak etmişəm. Çoxlu fotoşəkil yığmışam, Sizin də şəkliniz var, diasporumuzun orada iştirak edən nümayəndələrinin şəkilləri var. Sizinlə bir yerdə çəkdirdiyim şəkildə isə avtoqrafınızı görmək mənim üçün xoş olardı.

Çox sağ olun.

x x x

X X X

Sonra Sankt-Peterburq əczaçılıq fabrikinin direktoru İsmayıl Rəhimov çıxış etdi.

SANKT-PETERBURQ ƏCZAÇILIQ FABRİKİNİN DİREKTORU İSMAYIL RƏHİMOVUN ÇIXIŞI

- Hörmətli Prezident! Sankt-Peterburqa gəldiyinizə və azərbaycanlıların nüfuzunu qaldırdığınıza görə Sizə təşəkkür edirik. Biz respublikamıza görə, Prezidentimizə görə iftixar hissi keçiririk.

Mən Sizin xidmətlərinizi yüksək qiymətləndirən azərbaycanlılardanam. O illərdə Rusiyanın şəhərlərinə oxumağa, ittifaq miqyasında təcrübə toplamağa göndərdiyiniz və sonralar Rusiyada qalmış azərbaycanlılardanam. Biz ittifaq miqyaslı deyil, dünya miqyaslı status almış mütəxəssislərdənik.

HEYDƏR ƏLİYEV: Sizi hansı ildə göndərmişdilər? 1974-cü ildə?

İSMAYIL RƏHİMOV: Bəli, 1974-cü ildə. Sizin uzaqgörən siyasətiniz sayəsində biz buraya gəldik, institutu bitirdik. İndi işləyirik, Rusiyaya - Azərbaycanın mehriban dostu olan ölkəyə fayda gətiririk, biz bu ölkədə yaşayırıq və assimiliasiya olmuşuq.

HEYDƏR ƏLİYEV: Siz burada yaşayırsınız, ancaq assimiliasiya olmayıbsınız.

İSMAYIL RƏHİMOV: Mən onu nəzərdə tuturam ki, biz burada yaşayırıq, ölkənin qanunlarını qəbul etmişik.

HEYDƏR ƏLİYEV: Bu, assimiliasiya deyildir. Assimiliasiya o zaman olardı ki, siz tədricən azərbaycanlılığınızı itirəydiniz.

İSMAYIL RƏHİMOV: Xeyir, biz azərbaycanlıyıq.

HEYDƏR ƏLİYEV: Mən fürsətdən istifadə edərək deyirəm: yaşayın, bütün qanunlara riayət edin, siz Rusiyanın vətəndaşlarısınız. Lakin insan hər şeydən əvvəl öz xalqını, öz millətini, öz Vətənini, öz torpağını, öz dilini, milli adətlərini, öz xalqının mənəvi, əxlaqi dəyərlərini, dini dəyərlərini sevməlidir. Əgər hər hansı azərbaycanlı uzun müddət başqa bir ölkədə yaşayırsa, bütün bu keyfiyyətləri özündə saxlamalıdır. Təbii ki, o, bu ölkənin vətəndaşlığını alaraq, insanlara milli mənsubiyyətinə görə fərq qoyulmayan həmin ölkənin tamhüquqlu vətəndaşı olur. Yaşadığınız ölkənin dilini öyrənin, adət və ənənələrini öyrənin, onlardan öz həyatınızda istifadə edin, amma özgürlüyünüzü qoruyub saxlayın. Bu, mənim uydurmam deyildir, bu, bəşər cəmiyyətinin həqiqətidir. Mən arzu edirəm ki, siz bunu tam başa düşəsiniz.

Üzr istəyirəm, burada bizim gözəl xanımımız Aza Rəhmanova çıxış etdi. Lakin görürəm ki, o, Azərbaycan dilində danışmaqda çətinlik çəkir. Belə başa düşdüm ki, o, burada uşaqlıqdan və ya lap çoxdan bəri yaşayır. Çünki onun atası, əmisi repressiya edilmişdilər. Repressiyaya məruz qalanların ailələrinin nələr çəkdiyini mən yaxşı bilirəm. Bütün bu çətinliklərə dözmək onlar üçün çox ağır idi. Amma onlar öz bacarığı sayəsində həyatda yerlərini tapmışlar. O, yaşayış yeri kimi Leninqradı seçmiş, burada belə səviyyəyə yüksəlmişdir. Azərbaycan dilini kifayət qədər bilməməsini ona bağışlamaq olar. Ancaq o, xalis azərbaycanlıdır. Hesab edirəm ki, siz də xalis azərbaycanlısınız, amma özünüz də bilmədən səhv buraxdınız və mənə bu məsələni aydınlaşdırmağa imkan verdiniz. Sağ olun.

İSMAYIL RƏHİMOV: Sizin diqqətinizi ona cəlb etmək istərdim ki, burada çoxlu azərbaycanlı yaşayır. Ona görə də azərbaycanlılara kömək göstərməyə daha böyük imkan olması üçün burada, heç olmasa, Azərbaycanın baş konsulluğunu yaratmaq xahişi ilə Sizə müraciət etdim. Onların adından Sizə möhkəm cansağlığı arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin birinci səhifəsində dərc olunur).

X X X

SƏFƏR BAŞA ÇATDI

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa işgüzar səfəri başa çatdı. Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə “Pulkovo-1” hava limanına gəldi. Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev və Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti Heydər Əliyevi yola salmaq üçün hava limanına gəlmişdilər.

Rusiyanın Şimal paytaxtının hava limanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmişdi.

Sankt-Peterburqda yaşayan həmyerlilərimizin nümayəndələri də Azərbaycan rəhbərini yola salmaq üçün hava limanına gəlmişdilər. Onların əllərində Azərbaycan bayraqları və transparantlar var idi.

Azərbaycan Prezidenti Heydər Əliyev və Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev soydaşlarımızla bir daha mehribanlıqla görüşdülər və onlarla xatirə şəkli çəkdirdilər.

Dövlətimizin başçısı Heydər Əliyevi təyyarənin pilləkəni yanında Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev, Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri və Rusiyanın şimal paytaxtında ölkəmizin fəxri konsolu Qüdsi Osmanov səmimiyyətlə və mehribanlıqla yola saldılar.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün gecə Bakıya qayıtdı. Respublikamızın rəhbərini Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident Heydər Əliyev hava limanında jurnalistlərə geniş müsahibə verdi. (Müsahibənin mətni qəzetin 11 iyun nömrəsində dərc olunmuşdur).

Aslan Aslanov

Yaşar Xəlilov /foto/

AzərTac-ın xüsusi müxbirləri

Rafiq Bağırov /foto/

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib