Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİPLOMATİYASININ TALEYÜKLÜ BÖYÜK UĞURU
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİ

Xəbər verdiyimiz kimi, dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onun başçılıq etdiyi nümayəndə heyəti ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə - zirvə toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gəldi. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan dövlətinin başçısı onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Qısa istirahətdən sonra respublika Prezidenti ABŞ-ın Assoşieyted Press Agentliyinin Moskva bürosunun müxbirinə müsahibə verdi. Axşam Heydər Əliyev Türkiyənin Baş naziri Tansu Çillərin təşkil etdiyi naharda iştirak etdi.

Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin işində iştirak etmək üçün 52 ölkənin rəhbərləri və nümayəndə heyətləri Avropanın bu qədim şəhərinə gəlmişlər. Budapeşt görüşü Ümumavropa təhlükəsizliyi sistemində, qitədə sülhə ciddi qorxu törədən böhranlı vəziyyətləri aradan qaldırmaq yollarının tapılması üçün ATƏM-in yerini və rolunu müəyyənləşdirməkdə mühüm rol oynamalıdır.

ZİRVƏ TOPLANTISI BAŞLANDI

Dekabrın 5-də Budapeştin “Novotel” sarayının böyük salonunda ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının dördüncü görüşü öz işinə başladı. Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev və respublikamızın nümayəndə heyəti də iştirak edirdi.

Macarıstanın Prezidenti Arpad Gönts zirvə toplantısının iştirakçılarını salamladı. ATƏM-in sədri vəzifəsini tərk edən İtaliyanın xarici işlər naziri Antonio Martino, BMT-nin baş katibi Butros Butros Qali və başqaları birinci plenar iclasda çıxış etdilər.

Daha sonra söz dövlət başçılarına verildi. Çıxışlarda qeyd olundu ki, müasir şəraitdə ATƏM-in rolu və əhəmiyyəti daha da artır və yeni Avropaya sərhədlərin və nüfuz dairələrinin olmayacağı təkmilləşmiş ATƏM çox lazımdır. Bu gün ATƏM onun iştirakçısı olan dövlətlərin sərhədlərinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsi məsələsində öz sanballı sözünü deməlidir. Natiqlərin bir çoxunun fikrincə, Helsinki yekun aktının prinsiplərini təftiş etmək cəhdləri Avropaya baha başa gələ bilər. Avropa sözün əsl mənasında vahid olmalıdır, qitədə vahid iqtisadi məkan yaradılmalıdır. ATƏM-in etibarlılığı bütün Avropa təşkilatlarının - NATO, Qərbi Avropa İttifaqı, Avropa İttifaqı, Avropa Şurası və digər təşkilatların ümumi mənafeyi naminə qarşılıqlı fəaliyyətindən çox asılıdır.

Qeyd edildi ki, son iki ildə ATƏM qitədə siyasi vəziyyətin sabitləşməsinə təsir göstərməyə qadir olduğunu sübut etmişdir. Gərginlik və münaqişə ocaqlarının söndürülməsi yollarının axtarışında, müxtəlif xalqların mədəniyyətlərinin bir-birinə yaxınlaşmasında, süni ziddiyyətlərin aradan qaldırılmasında müəyyən işlər görülmüşdür. Bununla bərabər, ATƏM Avropanın qarşı-qarşıya duran bloklara yenidən parçalanmasına yol verməməli, təhlükəsizlik və əməkdaşlıq problemlərinə kollektiv münasibətin yeni mexanizmlərini hazırlamalıdır. ATƏM-in fəaliyyəti bundan sonra da onun əsas prinsiplərinə - bütün iştirakçı dövlətlərin hüquq və vəzifələrinin qeyd-şərtsiz bərabərliyi, qərarlar qəbul edilərkən onlardan hər birinin rəyinin nəzərə alınması prinsiplərinə əsaslanmalıdır. Münaqişələrə yol verilməməsi və onların aradan qaldırılması məsələlərində qabaqlama diplomatiyası ATƏM-in fəaliyyətinin mühüm amillərindən biri olmalıdır.

Natiqlər bildirdilər ki, bugünkü Avropanın mühüm problemləri ATƏM-in fəaliyyətində öz lazımi əksini tapır və bu fəaliyyət daha da inkişaf etdirilib genişləndirilməlidir. ATƏM-in hər bir yeni əməli tədbiri dövlətlərarası və millətlərarası münasibətlərin prinsipləri ilə möhkəmləndirilməlidir. Dövlətləri parçalayan və beynəlxalq hüquq sistemlərini pozan təcavüzkar separatçılığa ATƏM-in münasibəti hüquqi cəhətdən təsbit edilməli və belə separatçılıq qanundankənar hal elan olunmalıdır.

Dövlət başçılarının fikrincə, ATƏM-in fəaliyyətini gücləndirmək, onu demokratikləşdirmək və insan hüquqlarının qorunması proseslərinə təsirli kömək göstərməyə, gənc dövlətlərin azadlığına və istiqlaliyyətinə xələl gətirə biləcək təcavüzkarlıq hərəkətlərinin qarşısını qətiyyətlə almağa, qitəmizin qaynar nöqtələrində sabitliyin bərpasına kömək etməyə qadir olan səmərəli vasitəyə çevirmək son dərəcə zəruridir.

Bəzi natiqlər bildirdilər ki, ATƏM öz potensial imkanlarılndan hələlik tam səmərəli istifadə etmir, Avropanın və dünyanın əsas problemlərinin həllinə öz kəsərli sözünü heç də həmişə demir. Elə buna görə də qitənin bəzi ölkələrində davam edən münaqişələri aradan qaldırmaq hələ də mümkün olmamışdır.

Zirvə toplantısında çıxış edən dövlət və hökumət başçılarının böyük əksəriyyəti dünyanın müxtəlif münaqişə ocaqlarındakı vəziyyət, habelə Dağlıq Qarabağ məsələsinin həlli yolları haqqında öz fikirlərini və mülahizələrini söylədilər. Dünyanın ən nüfuzlu dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton öz çıxışında dedi: ATƏM Dağlıq Qarabağa çoxmillətli sülhyaratma qüvvələri kontingenti göndərməsi haqqında razılaşma yolundadır. Bu münaqişə zonasında atəşin etibarlı surətdə dayandırılmasını təmin etmək üçün bütün tədbirlər görülməlidir. Məni belə bir məsələ çox ruhlandırır ki, Rusiya Federasiyasının köməyi və iştirakı ilə biz yekun sazişinə yaxınlaşmışıq. Həmin sazişə uyğun olaraq, ATƏM Dağlıq Qarabağa çoxmillətli sülhyaratma qüvvələri göndərəcəkdir.

Bill Klinton onu da qeyd etdi ki, bu münaqişə zonasında adamlar əzab-əziyyət çəkirlər. Doğrudur, 6 aydan çoxdur ki, atəşkəsə əməl olunur. Lakin burada atəşkəs daimi olmalı və münaqişə aparan tərəflərin hər ikisinin təhlükəsizliyi təmin edilməlidir.

ÇEXİYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev zirvə toplantısının ümumi iclasları arasındakı fasilələrin demək olar ki, hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışırdı. İki gün ərzində Azərbaycan rəhbəri dünyanın bir çox ölkələrinin dövlət başçıları ilə rəsmi və ya qeyri-rəsmi görüşlər keçirdi, danışıqlar apardı.

Dekabrın 5-də Heydər Əliyev Çexiyanın Prezidenti Vatslav Havel ilə görüşdü. Ölkəmizin rəhbəri dedi ki, Azərbaycan Sovet İttifaqının tərkibində olarkən Çexiya ilə Azərbaycan arasında əlaqələr məhdud idi. Ancaq bizdə Çexiya avadanlığı ilə təchiz edilmiş sənaye müəssisələri çoxdur. Təkcə iqtisadiyyat sahəsində deyil, elm, mədəniyyət sahəsində də Azərbaycanla Çexiya arasında əlaqələr olmuşdur. İndi Çexiyanın da, Azərbaycanın da suveren və müstəqil dövlətlər olduğu bir dövrdə həmin əlaqələri daha da genişləndirmək üçün yaxşı zəmin vardır.

GÖRÜŞLƏR, SÖHBƏTLƏR, DANIŞIQLAR

Dekabrın 5-də Azərbaycan Prezidenti Heydər Əliyev “Novotel”də Ermənistan Prezidenti Levon Ter-Petrosyanla görüşüb danışıqlar apardı. Bu görüş ABŞ-ın BMT-dəki daimi nümayəndəsi xanım Madlen Olbrayt və ABŞ Dövlət Departamentinin yeni yaradılmış müstəqil dövlətlər üzrə baş əlaqələndiricisi Ceyms Kollinz tərəfindən təşkil olunmuşdu. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi hərtərəfli nəzərdən keçirildi. Tərəflər atəşkəs rejiminin davam etdirilməsinin vacibliyinə də toxundular və bu barədə lazımi addımlar atılmasının zəruriliyini qeyd etdilər.

X X X
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Portuqaliyanın Baş naziri Kavako Silvio ilə görüşdü. Respublikamızın dövlət başçısı dedi ki, ölkələrimiz arasında hələlik elə bir diplomatik əlaqə yoxdur. Ancaq əlaqələrimiz çox yaxşı ola bilər. Ona görə də bu fürsətdən istifadə edib, görüş zamanı həmin məsələləri sizinlə müzakirə etmək istərdim.

Portuqaliyanın Avropadakı mövqeyinə yüksək qiymət verən Azərbaycan Prezidenti dedi ki, sizin ölkə ATƏM təşkilatında fəal iştirak edir. Biz isə ölkəmizin problemlərinin həll olunmasında ATƏM-ə böyük ümidlər bəsləyirik. Siz bilirsiniz ki, Azərbaycan gənc, müstəqil dövlətdir. Ölkəmizin hazırda üzləşdiyi ən böyük problem Azərbaycan ilə Ermənistan arasında müharibəyə son qoyulması və sülh yaradılmasıdır. Sizə məlumdur ki, 6 ildir Ermənistan Azərbaycan torpağına təcavüz edir, Azərbaycanın Dağlıq Qarabağ hissəsini öz əlinə keçirməyə çalışır. Bu müharibə nəticəsində bəzi səbəblərdən Azərbaycan torpaqlarının 20 faizdən çoxu - Dağlıq Qarabağın ərazisi və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu ərazidən 1 milyondan artıq azərbaycanlı qaçqın düşüb, öz yerini itirib və hazırda çətin vəziyyətdə yaşayır. Bu bizim əsas problemimizdir.

Portuqaliyanın Baş naziri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar onu maraqlandıran məsələləri aydınlaşdırmağı Heydər Əliyevdən xahiş etdi və sonra bildirdi ki, onun ölkəsi bu münaqişənin aradan qaldırılması üçün sülhməramlı qüvvələrin yaradılmasını dəstəkləyir. O, Azərbaycana səfir təyin etmək barədə Heydər Əliyevin fikrini razılıqla qarşıladı və dedi ki, biz Türkiyədəki səfirin Azərbaycanda da bu vəzifənin yerinə yetirməsi barədə tədbirlər görərik. Baş nazir əlavə etdi ki, biz ölkəmizlə Azərbaycan arasında sıx iqtisadi əlaqələr qurulması və inkişaf etdirilməsi üçün də lazımi səylər göstərəcəyik.

X X X
“Finlandiya ilə Azərbaycan arasında əvvəllər də yaxşı əlaqələr olmuşdur. Mənim Finlandiyada çoxlu dostlarım var. Sizin ölkənizin keçmiş prezidentləri mərhum Urxo Kekkonen və cənab Mauno Koyvisto Azərbaycanda olmuşlar. Mən onlarla şəxsən görüşmüşəm, danışmışam. Sizin keçmiş Baş naziriniz cənab Kalevi Sorsa ilə də bizim çox yaxşı dostluğumuz olub”, - bu sözləri Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 5-də Finlandiya Prezidenti Marti Axtisaari ilə görüşərkən söylədi.

Heydər Əliyev dedi ki, vaxtilə mən Moskvada işləyərkən onlarla əlaqə saxlayırdım. İndi yenidən Azərbaycana qayıtmışam, Prezidentəm. Siz də yeni Prezident seçilmisiniz. Mən istərdim ki, Sizinlə tanış olum. Sizin ölkəyə bizim çox böyük hörmətimiz var. Finlandiyanın iqtisadi və sosial sahələrdə böyük təcrübəsi var. Yenə də deyirəm ki, sizin ölkə ilə Azərbaycan arasında çox geniş əlaqələr olub. İndi müstəqil bir dövlət kimi biz sizinlə bu əlaqələri genişləndirmək istəyirik.

Azərbaycan Prezidenti sonra dedi: Siz bilirsiniz ki, Azərbaycanın çox ağır bir problemi var. Altı ildir ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Təcavüzün ağır nəticələrindən danışan Heydər Əliyev bildirdi ki, bu məsələnin həll olunması bizim üçün çox vacibdir. Altı il davam edən müharibədə ilk dəfədir ki, atəş 7 aydır dayandırılıb. Biz buna nail olmuşuq. Biz müharibənin davam etməsini istəmirik. Məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Şübhəsiz, bunun üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin edilməlidir. Biz bu əsasda Dağlıq Qarabağın status məsələsini müzakirə edə bilərik. Daha doğrusu, Dağlıq Qarabağ Azərbaycanın tərkibində status ala bilər. Bu məsələləri həll etmək üçün biz ATƏM təşkilatı ilə sıx əməkdaşlıq edirik. ATƏM-in hazırkı zirvə toplantısına da böyük ümidlərlə gəlmişik. Bilirsiniz ki, burada ATƏM-in sülhməramlı qüvvələrinin yaradılması haqqında qətnamə hazırlanıb. Bu qətnamə bizə çox lazımdır. Çünki məsələnin sülh yolu ilə həll olunması üçün gərək bir çox ölkələrə mənsub olan sülhün mühafizə qüvvələri yaradılsın, bu da ATƏM çərçivəsində olsun. Biz istəyirik ki, Siz qətnamənin qəbul olunması məsələsində bizi müdafiə edəsiniz.

Heydər Əliyev Marti Axtisariyə xatırlatdı ki, Siz vaxtilə bir sıra münaqişələrin həllinə dair məsələlərlə məşğul olmusunuz. Ona görə də təcrübəniz və bu işə təsiriniz bizə böyük kömək edər.

Finlandiya Prezidenti səmimi sözlərə görə Azərbaycan dövləti başçısına minnətdarlığını bildirərək dedi ki, mən sizinlə görüşmək imkanı qazandığımdan böyük şərəf duyuram. Finlandiya sizin bu probleminizin həllində yaxından iştirak etmək istəyir və bu məsələdə siz finlərin etibarına güvənə bilərsiniz. Hətta bizdən xahiş olunmuşdur ki, sülhməramlı qüvvələrdə Finlandiyanın ekspertlər qrupunun iştirakı məsələsini nəzərdən keçirək. Bu xahişlə ATƏM müraciət etmişdir və biz müsbət cavab vermişik. Bildirmək istəyirəm ki, biz bu münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərmək niyyətindəyik. Bəli, mən bir sıra münaqişələrin həll olunmasında iştirak etmişəm. Doğrudur, bu cəhətlərin bir çoxu müvəffəqiyyətli, bəziləri isə müvəffəqiyyətsiz olub. Finlandiya Prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏM-in məhz bu zirvə toplantısında nüfuzlu bir sənəd əldə olunması sahəsində Heydər Əliyevin təşəbbüslərini yüksək qiymətləndirdi.

O dedi ki, mən Finlandiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsinə də xüsusi əhəmiyyət verirəm və ölkəmizə əvvəllər rəhbərlik etmiş bir çox şəxslərin sizin ölkə ilə sıx əlaqələrə malik olmasından xəbərdaram. Mənim sualım ondan ibarətdir ki, Siz ATƏM-in zirvə toplantısında sülhməramlı qüvvələrin yaradılması barədə qətnamə qəbul olunacağına əminsinizmi?

Azərbaycan Prezidenti dedi ki, mən bunu istəyirəm. Siz və ATƏM-in digər üzvləri kömək göstərsə, əlbəttə qəbul etmək olar. Mən Budapeştə bu arzu ilə gəlmişəm ki, belə bir qərar qəbul olunsun. ATƏM-in üzvü olan dövlətlər həmin sülhməramlı qüvvələrin yaradılmasında iştirak etsinlər. Ona görə də Finlandiyanın həm bu qərarın qəbul olunmasına, həm də sülhü mühafizə qüvvələrinin yaradılmasına kömək etməsini, eləcə də sizin qüvvələrin buraya daxil olmasını xahiş edirəm. Ekspert qruplarının yaradılmasına razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Sülhü mühafizə qüvvələrinin tərkibində Finlandiyanın da qüvvələrinin olması çox yaxşı olar. Bizdə belə bir məlumat var ki, şimal ölkələri, Skandinaviya ölkələri sülhün mühafizə qüvvələrinə 500-600 nəfər vermək istəyirlər. Güman edirəm ki, sizin ölkə də buraya daxildir. Hər halda mən istəyirəm ki, sizin ölkə burada iştirak etsin. Çünki biz finlərə çox etibar edirik.

Finlandiya Prezidenti dedi: İndiyədək həmin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün bizdən yüksək vəzifəli bir zabit istənilib. Bu zabit də ATƏM-in əməliyyatlarının bilavasitə planlaşdırılmasında iştirak edəcəkdir. Əgər bu planlar reallaşacaqsa, bildirmişik ki, ATƏM-in sərəncamına hərbi qüvvələr də verə bilərik. Doğrudur, bizim qanun və qaydalara görə, finlərin ölkədən xaricdə bu cür əməliyyatlarda iştirakı barədə xüsusi limit vardır. Biz hazırda sülhməramlı 7 əməliyyatda iştirak edirik. Ancaq ölkəmizin qanunçuluğuna müəyyən kiçik dəyişiklikdən istifadə edərək bu məsələni nəzərdən keçirərik. Mənə elə gəlir ki, ən mühüm məsələ planlaşdırma işinin başlanmasıdır.

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

X X X
Dekabrın 5-də Azərbaycan Prezidenti Heydər Əliyev iclaslararası fasilədə İsveçrənin Prezidenti Otto Ştix ilə görüşdü. Azərbaycan dövlətinin başçısı bildirdi ki, mən ölkənizə səfərə gəlmək barədə sizdən dəvət almışdım. Ancaq bilirsiniz ki, ölkəmizdə vəziyyət gərgindir. İndi sizinlə burada görüşməyimə çox məmnunam.

Otto Ştix də bu görüşdən məmnun qaldığını söyləyərək, Heydər Əliyevlə nə vaxtsa İsveçrədə görüşəcəyinə ümid etdiyini bildirdi. O dedi ki, biz Beynəlxalq Valyuta Fondunun Azərbaycana hansı yardım göstərə biləcəyini müzakirə etmişik. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sizin böyük çətinliklərinizdən və ölkənizin hazırkı vəziyyətindən xəbərdarıq. Ümid edirik ki, ATƏM-in Minsk qrupu, gələcəkdə isə Minsk konfransı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün böyük səylər göstərəcək və buna nail olacaqdır.

Heydər Əliyev söhbət zamanı dedi ki, Beynəlxalq Valyuta Fondunun yardımına bizim böyük ehtiyacımız vardır. Altı il davam edən müharibə Azərbaycanın iqtisadi-sosial vəziyyətini həddindən çox ağırlaşdırmışdır. Hazırda Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və ölkəmiz bazar iqtisadiyyatı yolu ilə gedir. Bunlar da müəyyən gərginliklər yaradır. Beynəlxalq Valyuta Fondunun bizə yardımı lazımdır və rica edirəm ki, bu işdə bizə kömək edəsiniz. Biz Dağlıq Qarabağ münaqişəsinə son qoymaq, müharibəni başa çatdırmaq istəyirik. Bu məsələləri həll etmək üçün çoxmillətli sülhü mühafizə qüvvələri yaradılmalıdır. ATƏM təşkilatı belə qüvvələri yaratmaq fikrindədir. Biz çox istəyirik ki, hazırkı zirvə toplantısında belə bir qətnamənin qəbul olunmasına səs verəsiniz. Əgər ATƏM-in sülhməramlı qüvvələri yaranarsa, biz böyük sülhə nail ola və Ermənistanla Azərbaycan arasında müharibəyə son qoya bilərik. Belə qüvvələr yaranarsa, ATƏM-in üzvü kimi, burada sizin köməyinizə ehtiyac var.

İsveçrə Prezidenti dedi ki, biz sülhməramlı qüvvələrin yaradılmasına dəstək vermək niyyətindəyik. Ölkəmiz həmin qüvvələrin tərkibində tibbi xidmət heyətindən ibarət dəstələrlə iştirak edəcəkdir. Bildiyiniz kimi, İsveçrə bitərəf bir ölkədir. Ona görə də biz hərbi qüvvələr ayıra bilmirik.

Heydər Əliyev Otto Ştixə bir daha təşəkkür edərək bildirdi ki, mən bunları bilirəm. Xahişim budur ki, siz qətnamənin qəbul olunmasına kömək edin.

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

X X X
Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze ilə də görüşdü. Söhbət zamanı iki ölkəni maraqlandıran bir sıra məsələlər hərtərəfli müzakirə olundu. Görüşdə Azərbaycanla Gürcüstan arasında iqtisadi mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin potensial imkanlarından istifadə olunması perspektivləri də nəzərdən keçirildi.

X X X
Dekabrın 5-də Azərbaycan Prezidenti ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə verilən rəsmi naharda iştirak etdi.

X X X
Axşam Heydər Əliyev Macarıstan parlamentində oldu və parlamentin sədri Attila Sarvaşla görüşüb söhbət etdi. Parlamentin sədri Azərbaycan Prezidentinin şərəfinə ziyafət verdi.
X X X
Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının birgə fotoşəkil çəkdirməsi mərasimi də yaddaqalan oldu. Bu mərasimdən sonra ABŞ Prezidenti Bill Klinton, Türkiyənin Baş naziri Tansu Çillər və Azərbaycan Prezidenti Heydər Əliyev xeyli müddət birgə söhbət etdilər. Bütün salondakılar onların görüşünə maraqla tamaşa edirdilər. Dünyanın ən görkəmli siyasi və dövlət xadimlərindən olan Heydər Əliyevin ABŞ Prezidenti ilə belə səmimi, mehriban görüşü qəlbimizi riqqətə gətirdi. Ölkəmizin Prezidentinin belə yüksək nüfuza malik olması üçün iftixar hissi keçirdik və bir daha yəqin etdik ki, Azərbaycan müdrik rəhbərinin uzaqgörən siyasəti sayəsində özünü bütün dünyaya tanıda bilmiş, ən iri dövlətlərin hörmətini qazanmışdır. Bütün bunlar isə Azərbaycanın yaxın gələcəkdəki sürətli inkişafının əlamətləridir.

X X X
Dekabrın 6-da ATƏM-in üzvü olan ölkələrin və hökumət başçılarının zirvə toplantısı öz işini davam etdirdi. Xəbər verdiyimiz kimi, səhər iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış etdi.

İclaslararası fasilədə Azərbaycan Prezidenti Türkiyənin Baş naziri Tansu Çillərlə görüşdü. Söhbət zamanı iki qardaş ölkənin əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olundu.

X X X
Həmin gün Heydər Əliyev Niderlandın Baş naziri Vim Kok ilə də görüşdü. Baş nazir belə gərgin gündə onunla söhbətə vaxt ayırdığı üçün Azərbaycan rəhbərinə minnətdarlığını bildirdi.

Vim Kok üç aydır ki, Baş nazir seçilmişdir. Heydər Əliyev bu münasibətlə onu təbrik etdi və əmin olduğunu bildirdi ki, ölkələrimiz arasındakı əməkdaşlıq möhkəmlənəcək və inkişaf edəcəkdir.

X X X
Dekabrın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev Bolqarıstanın Prezidenti Jelyu Jelevlə də görüşdü. Söhbət zamanı Bolqarıstanla Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə toxunuldu. Əməkdaşlığın daha da genişləndirilməsi üçün Bolqarıstanla Azərbaycan arasında ikitərəfli müqavilələr bağlanması zəruriyyətindən də bəhs olundu və qeyd edildi ki, hazırda bu sahədə görülən işləri canlandırmağa ehtiyac vardır.

Tərəflər bildirdilər ki, iqtisadi, ticarət, sənaye, mədəniyyət sahələrində daha möhkəm əlaqələr qurmaq üçün hər iki ölkədə geniş imkanlar vardır və bu imkanlardan hərtərəfli istifadə olunmalıdır. Görüşün sonunda Bolqarıstan Prezidenti Azərbaycan Prezidentini öz ölkəsinə səfərə dəvət etdi. Heydər Əliyev də Jelyu Jelevi respublikamıza dəvət etdi.

X X X
Dekabrın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev Rumıniya Prezidenti İon İliyesku ilə söhbət zamanı dedi ki, sizinlə bu görüşümə çox məmnunam. Şadam ki, sizin və bizim arzularımız bir-birinə uyğun gəlir. Rumıniya Prezidenti Azərbaycanın ağır vəziyyətini başa düşdüyünü bildirdi və Heydər Əliyevin bu vəziyyətdən çıxış yolunu nədə gördüyü ilə maraqlandı. Azərbaycan rəhbəri dedi ki, mən bunu görüşdəki çıxışımda bildirdim: Siyasi saziş lazımdır. Nə qədər müharibə etmək olar? Altı ildir ki, müharibə gedir. Biz çox şeyi itirmişik, ərazimizin 20 faizi işğal olunmuşdur. 1 milyon qaçqınımız var. Müharibənin nə Ermənistan üçün, nə də Azərbaycan üçün perspektivi yoxdur. Biz əsrlərlə yanaşı yaşamışıq və yenə də yanaşı yaşamalıyıq. Sülh əldə edilməsi üçün o, ədalətli olmalıdır. Münaqişəyə son qoymaq üçün hansısa qüvvə lazımdır. İndi ATƏM-in sülhməramlı qüvvələrinin yaradılmasından söhbət gedir. Bu qüvvələr Ermənistan silahlı birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarar və nail olmaq istədiyimiz siyasi sazişin həyata keçirilməsini təmin edə bilərdi.

Daha sonra Heydər Əliyev bununla əlaqədar Azərbaycan tərəfinin şərtlərindən danışdı və qeyd etdi ki, biz öz ərazimizi heç kəsə güzəştə gedə bilmərik. Bunu beynəlxalq birlik də qəbul edə bilməz. Heç kim öz ərazisini başqasına verə bilməz. Dağlıq Qarabağın muxtariyyətindən söhbət gedir. Ola bilər ki, muxtariyyət əvvəlkindən bir qədər geniş olsun. Lakin bütün bunlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması şərti ilə olmalıdır.

Heydər Əliyev İon İliyeskuya azərbaycanlı qaçqınların vəziyyəti barədə söhbət açdı.

Daha sonra o dedi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏM-in və onun Minsk qrupunun fəaliyyətinə geniş yer veririk və istəyirik ki, buraya çoxlu ölkənin iştirakı ilə beynəlxalq sülhyaratma qüvvələri gəlsin. Bu isə bağlanacaq sülhün daha da möhkəm olmasına tam imkan verər.

Rumıniya Prezidenti Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğal olunmuş ərazilər haqqında əsl vəziyyəti öyrənməyə xüsusi maraq göstərdi. Heydər Əliyev vəziyyəti xəritə üzərində ətraflı izah etdi.

Söhbət zamanı Azərbaycan rəhbəri Ermənistan Prezidenti Ter-Petrosyanın zirvə toplantısında yalan və böhtanla dolu bəyanatından da söhbət açdı və bildirdi ki, haqqında danışılan körpü Gürcüstan və Ermənistan arasında yerləşir və onun sıradan çıxarılmasının Azərbaycana heç bir dəxli yoxdur. Heydər Əliyev dedi ki, Ermənistan Prezidenti blokadadan danışır, lakin Azərbaycanın özü isə əslində blokadadır. Çünki bir dəmir yolu Ermənistanın günahı üzündən sıradan çıxıbsa, digər dəmir yolu da Çeçenistandakı vəziyyətlə əlaqədar bağlıdır.

İon İliyesku gənclik illərində Azərbaycanda istehsalat təcrübəsində olmuş, Mingəçevirdə işləmişdir. O, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında hazırkı vəziyyəti öyrənmək istədi. Heydər Əliyev bütün bunlar haqqında Rumıniya Prezidentinə geniş söhbət açdı.

Görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları da müzakirə olundu və bir sıra konkret sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.

MÜHÜM SƏNƏDLƏR QƏBUL OLUNDU

ATƏM-in üzvü olan dövlət və hökumət başçılarının zirvə toplantısının dekabrın 6-da keçirilən yekun ümumi iclası Azərbaycan nümayəndə heyəti üçün demək olar ki, əsl mübarizə meydanına çevrildi. Yekun sənədlərinin qəbul edilməli olduğu bu iclasda Ermənistan Prezidenti şantaj dolu təklifi ilə qətnamənin qəbul olunmasını pozmağa yenə cəhd göstərdi. Azərbaycan dövləti başçısının səyləri nəticəsində Ermənistan tərəfinin bu fitnəkarlığının qarşısını almaq mümkün oldu. Azərbaycan Prezidenti Heydər Əliyev iki gün ərzində bir çox ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlar aparmış, bir çoxları ilə qısa görüşlərdə də məsələnin əsl mahiyyətini öz diplomatik məharəti ilə onlara izah edib inandıra bilmişdir. Buna görə də yekun iclası Azərbaycan diplomatiyasının dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin qələbəsi ilə başa çatdı.

Zirvə toplantısı “Yeni dövrdə əsl tərəfdaşlığa doğru” adlı siyasi bəyannamə qəbul etdi. “ATƏM-in BMT ilə əməkdaşlığı”, “Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi” qətnamələri də qəbul edildi. Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün sülhməramlı qüvvələrin yaradılmasına razılıq verildi.

“Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi” adlanan sənəddə qeyd olunur ki, görüş iştirakçıları 1994-cü il mayın 12-də tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə və ATƏM-in Minsk qrupunun əməkdaşlığı sayəsində atəşkəs haqqında bağlanmış sazişin davam etməsini bəyənirlər. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tərəfdar olduqlarını bir daha bildirirlər. BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həll etmək səylərini alqışlayırlar. Onlar tərəfləri intensiv, məhsuldar, birbaşa danışıqlara çağırır, ATƏM-in səylərini və köməyinin artırılacağını öhdələrinə götürürlər.

Həmin qətnamənin 4-cü maddəsində deyilir ki, münaqişədə olan tərəflərin rəyi ilə sülh sazişinin bağlanması çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan yaradır. Görüş iştirakçıları bu qüvvələrin yerləşdirilməsini təmin etmək barədə öz iradələrini bəyan etmişlər. Onlar ATƏM-in sədrindən xahiş etmişlər ki, bu barədə planı mümkün qədər tez hazırlasın, o cümlədən sülhməramlı qüvvələrin tərkibi müəyyənləşdirilsin. Bu işdə ATƏM-in sədrinə Minsk konfransının və Minsk qrupunun həmsədrləri kömək edəcəklər. BMT baş katibi tərəfindən də yardım göstəriləcəkdir. Ümumi məsləhətləşmələrdən sonra ATƏM-in sədri Vyanada yüksək səviyyəli planlaşdırıcı qrup yaradacaq, bu qrup qüvvələrin miqdarı və xarakteri, komanda və nəzarət, rabitə qüvvələri və ehtiyatların yerləşdirilməsi, qoşulma qaydalarını və qoşulmaq istəyən dövlətlərlə müqavilə qaydalarını hazırlayacaqdır. BMT bu işə texniki yardım və ekspertlərlə kömək edəcək, ATƏM qüvvələrinin yerləşdirilməsi üçün Təhlükəsizlik Şurasından siyasi dəstək alacaqdır.

Beləliklə də Azərbaycan Prezidenti Heydər Əliyevin uzun aylardan bəri davam edən gərgin fəaliyyəti öz qanunauyğun nəticəsini verdi, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə siyasi razılıq əldə olundu. Ermənistanm nümayəndələri “ATƏM-in BMT ilə əməkdaşlığı haqqında” qətnamənin qəbul edilməsinə də ciddi maneçilik göstərir, bu sənədin bir neçə bəndinin yeni variantda yazılmasına çalışırdılar. Lakin bu cəhdlər boşa çıxdı, zirvə toplantısı həmin qətnaməni də qəbul etdi. Sənədin üçüncü bəndində iştirakçı dövlətlər qeyd edirlər ki, dövlətlər arasında münaqişə yaranarsa, xüsusi hallarda ATƏM adından təhlükəsizlik Şurasına müraciət edilə bilər.

Beləliklə, Ter-Petrosyanın başçılıq etdiyi nümayəndə heyəti toplantıda heç bir uğur qazana bilmədi.

Budapeşt zirvə toplantısı müstəqil Azərbaycan Respublikası üçün xüsusilə uğurlu oldu və bu müvəffəqiyyət müharibəni tezliklə başa çatması yolunda ən mühüm addımlardan biridir.

MACARISTANLA İQTİSADİ ƏMƏKDAŞLIĞIMIZ

CANLANACAQ

Dekabrın 6-da axşam Azərbaycan Prezidenti Macarıstanın işgüzar dairələrinin nümayəndələrini qəbul etdi. Ölkənin iri istehsal sahələrinin rəhbərlərinin iştirak etdiyi səmimi görüşdə Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələr qurulmasının müxtəlif cəhətləri nəzərdən keçirildi.

Məlumat verildi ki, Macarıstan ərzaq məhsulları istehsal edən və bu sahədə çox böyük nailiyyətləri olan ölkələrdən biridir. Bu dövlətin iş adamları ilə qarşılıqlı əlaqələr hər iki tərəf üçün olduqca fayda verə bilər. Məsələn, söhbət zamanı bildirildi ki, Macarıstanın çox böyük taxıl ehtiyatları vardır və respublikamızın bu məhsula olan ehtiyacının ödənilməsi üçün saziş əldə etmək mümkündür. “İkarus” avtobusları istehsal edən zavodun direktoru bildirdi ki, müəssisə Azərbaycana istənilən qədər maşın sata bilər.

Görüşdə iki ölkənin iqtisadi əlaqələrini canlandırmaq imkanları barədə müxtəlif təkliflər irəli sürüldü və onların reallaşdırılması üçün görülən işlərdən söhbət açıldı. Azərbaycan Prezidenti görüşdə Macarıstanın iqtisadi həyatına dərindən bələd olduğunu bildirdi. Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi barədə konkret razılıqlar əldə edildi.

X X X
Azərbaycan Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də səhər Budapeştdən Vətənə yola düşdü.

Azərbaycan Prezidenti Heydər Əliyev Vətənə qayıdarkən Budapeşt görüşünün yekunları barədə təyyarədə jurnalistlərə müsahibə verdi.

Respublika Prezidentini bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə və digər rəsmi şəxslər müşayiət edirdilər.

X X X
Dekabrın 7-də axşam Azərbaycan Prezidenti Heydər Əliyev Budapeştdən Bakıya qayıtdı. Binə hava limanında respublika Prezidentini Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Budapeşt-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır