AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI CƏNUB BÖLGƏSİNƏ QASTROLA GEDƏCƏKDİR
AZƏRTAC Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, kollektiv iyulun 16-dan 19-dək respublikamızın cənub bölgəsində qastrol səfərində olacaqdır.
Teatrın aktyorları Biləsuvar, Cəlilabad, Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran tamaşaçılarına xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyasını təqdim edəcəklər. Tamaşada əsas rollarda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, aktyorlardan Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov, Günel Məmmədova, İlham Əsədov çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]