Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin milli ideologiyasının əsasını Ümummilli Liderin azərbaycançılıq ideologiyası təşkil edir

Bakı, 3 may, P.İmanova, G.Mahmudlu, AZƏRTAC

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda doqquzuncu beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

BSU-da davam edən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Konfransın plenar iclasında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ikigünlük tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. Rektor artıq ənənə halını almış konfransın ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Ümummilli Lider tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini bildirib. Ulu Öndərin qısa vaxtda müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir.

Rektor diqqətə çatdırıb ki, 1990-cı ilin əvvəllərində xaos, anarxiya baş alıb gedən və vətəndaş müharibəsinə sürüklənən Azərbaycan dövləti Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ağır bəlalardan xilas olub.

N.Əliyeva deyib: “Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisəsdir. Azərbaycanın müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib. Ümummilli Lider öz siyasəti ilə əsrlərboyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə - siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq idealogiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu”.

Konfransda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin ən böyük nəticələrindən biri azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olub. Görkəmli dövlət xadimi müstəqilliyimizin ilk illərində respublikanın gələcək uğurlu inkişafı üçün ideoloji hədəflər müəyyənləşdirib, Azərbaycanda əsrlərboyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini dövlət siyasəti müstəvisinə keçirib.

Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlət kimi ölkəmizin möhkəmləndirilməsinə və inkişafına yönəldilib.

F.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Azərbaycan dövləti irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

Qeyd edilib ki, azərbaycançılıq ideologiyasının tanıdılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Ali təhsil müəssisələrində “Azərbaycanşünaslığın əsasları” kursu tədris olunur, hətta bu problemlərə dair bir neçə tədris vəsaiti də nəşr edilib. Bu sahənin əhatəli araşdırılması və öyrənilməsi üçün bir sıra təhsil müəssisələrində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ümummilli lider Heydər Əliyevi təkcə Azərbaycanın deyil, türk dünyasının yetişdirdiyi dahi şəxsiyyət adlandırıb, görkəmli dövlət xadimləri Atatürkün və Ulu Öndərin xalqlarımızın taleyində mühüm rol oynadıqlarını və misilsiz xidmətlərini qeyd edib.

Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açan səfir dövlətimizin başçısının yenidən prezident seçildikdən sönra ilk səfərini Türkiyəyə etdiyini xatırladıb.

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Mirzəzadə, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, türkiyəli professor Mehmet Şahin, gürcüstanlı alim xanım Miziya Mikadze və digər çıxış edənlər beynəlxalq səviyyəli konfransda iştirakdan məmnunluqlarını bildirib, tədbirin Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan danışıblar. Bildirilib ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Ümummilli Liderin azərbaycançılıq ideologiyası təşkil edir.

Sonra konfrans işini “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan” bölmələri üzrə iclaslarla davam etdirib. Bölmə iclaslarında “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir”, “Tarixi şəxsiyyət, azərbaycançılıq ideologiyasının memarı”, “Heydər Əliyevin dil siyasəti”, “Müstəqil Azərbaycanın neft strategiyasında Xəzər neftinin yeri”, “Heydər Əliyevin milli kimlik konsepsiyası”, “Qloballaşma və müasir Azərbaycanın dil mınzərəsi”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan”, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə”, “Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Həmçinin Çexiyanın Mendel Universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Türkiyənin Pamuqqala Universitetinin nümayəndəsi Mehmet Şahin tərəfindən “Nargin faciəsi və Nuru Paşa” mövzusunda tədbir keçirilib.

Konfrans mayın 4-də yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub