İQTİSADİYYAT
Azərbaycan elektron təhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq simpoziumda təmsil olunub
Gürcüstanın paytaxtı Tbilisidə DEA (DataExchangeAgency) və FİRST təşkilatının birgə əməkdaşlığı ilə beynəlxalq simpozium keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları Aysel Hadiyeva və Fərhad Rəhimli təmsil ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, proqram müddətində digər ölkələrin nümayəndələri, həmçinin FİRST beynəlxalq təşkilatının əməkdaşları ilə təcrübə və fikir mübadilələri aparılıb.
Elektron təhlükəsizlik mövzusunda iki günlük təlim proqramını əhatə edən simpoziumda DDOS hücumlarının qarşısının alınması, CERT komandalarının işinin səmərəliliyinin artırılması, informasiya təhlükəsizliyi sahəsi üzrə müzakirələr keçirilib. Bu istiqamətdə beynəlxalq və yerli qanunvericilik bazalarının təkmilləşdirilməsi üçün tövsiyələr verilib.