Azərbaycan gəncləri İstanbulda keçiriləcək “I Türk Dünyası Gənc İşadamları Toplantısı”nda iştirak edəcəklər
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 25-dən 30-dək İstanbul şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “I Türk Dünyası Gənc İşadamları Toplantısı” keçiriləcəkdir. “I Türk Dünyası Gənc İşadamları Toplantısı” Dünya Türk Gəncləri Birliyinin layihəsidir.
Dünya Türk Gəncləri Birliyindən AZƏRTAC-a bildirilmişdir ki, toplantının əsas məqsədi türk dünyası regionunun gənc iş adamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına, beynəlxalq ticarət sahəsindəki sinerjinin ölkəmizə transfer olunmasına kömək etməkdir.
Türk Dünyasının Gənc İşadamları Toplantısının əsas hədəf qrupu Avrasiya regionunda yaşayan, beynəlxalq ticarət və biznes ilə məşğul olan, 22-28 yaş arasındakı gənc işadamları, şirkət rəhbərləri, ticari qurumların məsul işçiləri, iqtisadiyyatla əlaqədar dövlət qurumlarının əməkdaşları və təmsilçiləridir.
Həmçinin 5 günlük toplantı çərçivəsində heyət başçılarının görüşü, türk dünyasında iqtisadi münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi və türk xalqlarının etnik-mədəni axşamları daxildir.
Tədbirdə Azərbaycanın və türk dünyasının rəsmi simaları da iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]