Azərbaycan gəncləri Strasburqda keçirilən beynəlxalq konfransda iştirak etmişlər
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Avropa Şurasının “Nifrət Nitqinə Yox” Hərəkatının (“No Hate Speech” Movement) Fransanın Strasburq şəhərində keçirilən beynəlxalq konfransında iştirak etmişdir.
ARGTMŞ-dən AZƏRTAC-a bildirmişlər ki, 40-dan çox ölkənin təmsil olunduğu konfransda “Nifrət nitqi əleyhinə gənclərin şəbəkələşməsi, onların fəaliyyətlərinin planlaşdırılması” mövzusunda müzakirələr aparılmışdır.
Tədbir iştirakçıları işçi qruplara bölünərək müxtəlif məsələləri, eləcə də “Nifrət Nitqinə Yox” Hərəkatının 2014-cü il üzrə proqramını müzakirə etmişlər.
Qeyd edək ki, “Nifrət Nitqinə Yox” Hərəkatı Avropa Şurası tərəfindən gənclər sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlamışdır.
Azərbaycan ARGTMŞ-nin təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının bu hərəkatına qoşulmuş və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]