AZƏRBAYCAN GƏNCLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ÖZBƏKİSTANDA SƏFƏRDƏDİR
Səfərin birinci günü nümayəndə heyətinin üzvləri Daşkənddə ümummilli liderimiz Heydər Əliyevin və böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidələri önünə əklillər və çiçək dəstələri qoymuş, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professor və müəllim heyəti ilə görüş keçirmişlər. Onlar universitetdəki Nizami muzeyinə də baxmışlar.
Universitetin rektoru Bəhram Qədirov burada aparılan elmi tədqiqat işləri barədə məlumat vermişdir.
Sonra “Bunedkor” gənclər klubunda “Özbəkistanda Azərbaycan gəncləri günləri”nin təntənəli açılışı olmuşdur. Mərasimdə gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev Özbəkistanın “Komolot” Gənclər Hərəkatı Mərkəzi Şurasının sədri Batır Ubaydullayev, Azərbaycanın Daşkənddəki səfiri Aydın Əzimbəyov çıxış edərək Azərbaycan və özbək xalqları arasında qədim dostluq ənənələrinin tarixindən danışmışlar. Natiqlər Azərbaycan və özbək yazıçılarının dostluğunu yada salmışlar.
Nümayəndə heyətinin tərkibində Özbəkistana gəlmiş gənc müğənnilər Leyla Məmmədova, Səbinə Əmirova, Rüfət Axundov, Xatirə Əzizova, Zaur Əmiraslanov, Elnarə Xəlilova, Samirə Haqməmmədova Azərbaycan xalq mahnı və təsniflərimizi ifa etmişlər.
Foyedə “Qafqaz və Mərkəzi Asiya - sivilizasiyanın beşiyi” adlı sərgi açılmışdir. Sərgidə xalq tətbiqi sənət nümunələri nümayiş etdirilmişdir.
Nümayəndə heyətinin Özbəkistana səfəri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]
Biləsuvarda avtomobil aşıb, xəsarət alan var
- 04.10.2026 [20:25]