AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi əməkdaşlıq proqramına uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində İsveçrənin Stans şəhərində qərargah zabitləri üçün hərbi terminologiya kursu keçirilir.
Avqustun 18-dən 29-dək davam edəcək kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.