Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşü olub.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə iki ildən bir təşkil olunur. Sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlığı, pilotsuz uçuş aparatları (PUA) və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan minə yaxın şirkət iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]