Azərbaycan ilə Əfqanıstanın hərbi sahədə ikitərəfli əlaqələri uğurla davam edir
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişafında iki ölkə rəhbərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasının və danışıqların uzanmasının bölgədəki sabitliyə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir Mohammad Taqi Xalili öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]