AZƏRBAYCAN KULİNARLARI QAZAXISTANDA KEÇİRİLƏCƏK FESTİVALA DƏVƏT ALMIŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-dən 14-dək Qazaxıstanda beynəlxalq kulinariya festivalı keçiriləcəkdir.
Dünya kulinariya məkanında özünəməxsus yeri olan Azərbaycanın mətbəx ustaları da bu mötəbər festivala dəvət almışlar.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bildirmişdir ki, festivala qatılacaq nümayəndə heyətinin tərkibində gənclər üstünlük təşkil edəcəkdir.