Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Ali Məhkəmədə olublar
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar.
AZƏRTAC xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Dadaşov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə danışıb.
Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb.