Azərbaycan Mühəndislik Akademiyasının layihəsi “Hackathon-2025 Dayanıqlı İnkişaf” müsabiqəsində sertifikata layiq görülüb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyasının əməkdaşları Milli Aviasiya Akademiyasının tələbələri ilə birlikdə UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının Ümumdünya Mühəndislik Gününə həsr olunmuş “Hackathon-2025 Dayanıqlı İnkişaf” müsabiqəsində layihə ilə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.
Müsabiqənin yekunlarına görə layihənin rəhbəri Pərvin Süleymanova və layihə iştirakçıları Murad Yusifzadə, Şəhanə Şükürlü, Lamiyə Qubatova və Xəyalə Zeynalova sertifikatlarla təltif olunublar.