“Azərbaycan naminə” esse yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
Bakı, 10 iyun, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ölkəmizdə yerləşən 10 universitet arasında keçirdiyi “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qaliblərinə mükafatlar və diplomlar təqdim edilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Aprel döyüşlərinin 4-cü ildönümünə həsr olunan müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma tədbiri nəzərdə tutulsa da koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunması əlaqədar mərasim təxirə salınıb.
Tələbələrə kitablar, hədiyyələr, mükafatlar və diplomlar Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə tərəfindən təqdim edilib.