İQTİSADİYYAT
Azərbaycan nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə Çin şirkətinin cəlb edilməsində maraqlıdır

Bakı, 28 fevral, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib.
Görüşdə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi imkanları nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.02.2025 [15:42]
Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb
- 17.02.2025 [15:41]
Vergi xidmətinin 25 illiyi qeyd edilib
- 17.02.2025 [15:34]