Azərbaycan nümayəndə heyəti ABŞ-da ümumdünya turizm sammitində iştirak edəcəkdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan nümayəndə heyəti mayın 19-da ABŞ-da öz işinə başlayacaq ümumdünya turizm sammitində iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə müsahibəsində demişdir. Nazirin sözlərinə görə, sammitdə Azərbaycan nümayəndə heyətinin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, müxtəlif ölkələrin turizm nazirləri, bir sıra böyük turizm şirkətlərinin nümayəndələri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Əbülfəs Qarayev, həmçinin bu yaxınlarda Küveyt və Çində Azərbaycan mədəniyyət günləri ilə bağlı tədbirlərin keçiriləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [14:58]
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
- 24.08.2026 [16:25]
“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?
- 21.08.2026 [19:09]
İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?
- 20.08.2026 [18:30]