Azərbaycan nümayəndə heyəti “Rəqəmli bacarıqlar şəbəkəsi”nin iclasında iştirak edib
Bakı, 21 iyun, AZƏRTAC
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində təşkil edilmiş "Rəqəmli bacarıqlar şəbəkəsi"nin növbəti iclası Latviyanın paytaxtı Riqa şəhərində keçirilib. İclasda Şərqi Avropa ölkələrinin rəqəmli iqtisadiyyatı, rəqəmli hazırlıq və elektron bacarıqlarının inkişafı mövzusu ətrafında müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirak etdiyi iclasda "Rəqəmli bacarıqlar şəbəkəsi" çərçivəsində Şərqi Avropa ölkələrində həyata keçiriləcək pilot layihələr müzakirə edilib.
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru Rauf Cabarov isə ölkəmizdə rəqəmli hazırlığın vəziyyəti barədə məruzə ilə çıxış edib.
Qeyd edək ki, "Rəqəmli bacarıqlar şəbəkəsi" Avropa İttifaqının "Rəqəmli bazarların harmonizasiyası" adlı irimiqyaslı təşəbbüs çərçivəsində təşkil edilib və altı mövzu üzrə olan şəbəkələrdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]