AZƏRBAYCAN NÜMAYƏNDƏSİNİN TƏKLİFLƏRİ QƏRAR LAYİHƏSİNƏ DAXİL EDİLMİŞDİR
Avropa Şurasının baş katibi Valter Şvimmerin təşəbbüsü ilə Parisdə “Demokratik cəmiyyətin gündəlik həyatında baş verən zorakılıq hadisələrinə qarşı mübarizə layihəsi”nin müzakirəsi ilə əlaqədar iki toplantı keçirilmişdir. Toplantılarda Avropa Şurasının üzvü olan 35 dövlətin milli əlaqələndiriciləri iştirak etmişlər.
Tədbirdə ölkəmizi təmsil edən Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov AZƏRTAC-ın müxbirinə demişdir ki, layihənin meneceri Jan-Pyer Tisi giriş sözündə son zamanlar ictimai həyatda zorakılıq hadisələrinin tez-tez baş verməsinin hamını narahat edən bir problem olduğunu diqqətə çatdırdı, belə hallara qarşı mübarizədə Avropanın müsbət təcrübəsinin öyrənilməsinin, milli əlaqələndiricilərin müəyyən mübarizə metodları ilə təlimatlardırılmasının vacibliyini vurğuladı.
Üç il ərzində həyata keçirilməsi nəzərdə tutulmuş layihənin müzakirəsində onun strukturu, istiqamətləri, milli əlaqələndiricilərin fəaliyyətinin təşkili ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.
Layihənin həyata keçirilməsi metodologiyasının hazırlanması, mövzunun araşdırılmasında milli psixoloji amillərin nəzərə alınması, dəqiq statistikanın aparılması barədə Azərbaycan nümayəndəsinin təklifləri toplantı iştirakçıları tərəfindən yekdilliklə bəyənilmiş və qərar layihəsinə daxil edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]