Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə dinamik inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə də vurğulandığı kimi, ölkəmizlə Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çox artım deməkdir. Ticarət dövriyyəsindəki müsbət dinamika 2026-cı ildə də davam edir. Eyni zamanda, 2024-cü ildə 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfələr verir. Dövlət başçısının Özbəkistana dövlət səfəri zamanı, eləcə də UzA-ya verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən də aydın olur ki, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən birini nəqliyyat-tranzit-logistika məsələləri təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun şərhində yer alıb. O bildirib ki, Azərbaycan–Özbəkistan münasibətləri son illərdə siyasi və iqtisadi əməkdaşlıqdan daha geniş məzmun alaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat-tranzit-logistika tərəfdaşlığı istiqamətində inkişaf edir: “Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı mətbuata bəyanatla çıxışında səsləndirdiyi “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır” fikirləri ikitərəfli münasibətlərin miqyasını ifadə etməklə yanaşı, bu münasibətlərə verilən əhəmiyyətin də bir daha təsdiqidir”.

A.Əsədov deyib ki, nəqliyyat əlaqələrinin genişlənməsi artıq yükdaşımaları üzrə göstəricilərdə də özünü göstərir. 2024-cü ildə Azərbaycan–Özbəkistan arasında tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tondan yuxarı olub. 2025-ci ildə də müsbət dinamika davam edib və iki ölkə arasında tranzit daşımalarının həcmində 6,7 faizə yaxın artım əldə edilib. Bütün bunlar nəqliyyat əlaqələrinin sadəcə potensial xarakter daşımadığını, real yük axınlarının formalaşdığını göstərir: “Əlbəttə, nəqliyyat-tranzit-logistika əlaqələri həm ölkələrin coğrafi mövqeyindən, həm də müasir qlobal reallıqlardan irəli gələn əsas çağırışlardan biridir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata bəyanatı zamanı qeyd etdiyi “Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq” fikirləri də hər iki tərəf üçün nəqliyyat əlaqələrinin prioritetliyini bir daha təsdiq edir”.

Onun fikrincə, nəqliyyat sahəsində əməkdaşlığın əsas strateji dayaqlarından biri hər iki ölkənin Orta Dəhlizdə – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakıdır. Azərbaycan Xəzərin qərb sahilində yerləşən tranzit hab kimi Özbəkistanın Mərkəzi Asiya bazarlarını Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən mühüm qovşaq rolunu oynayır. Bu mənada, Özbəkistan üçün Orta Dəhlizin əhəmiyyəti onun Mərkəzi Asiyanın dənizə birbaşa çıxışı olmayan ölkəsi kimi alternativ beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməsi ilə bağlıdır. Azərbaycan üçün isə Özbəkistan Mərkəzi Asiyadan gələn yük axınlarının formalaşdığı mühüm iqtisadi mərkəzlərdən biridir: “Özbəkistan-Qazaxıstan/Türkmənistan-Xəzər dənizi-Bakı Limanı-Bakı-Tbilisi-Qars-Türkiyə-Avropa xətti üzrə dəmir yolu nəqliyyatı ən perspektivli istiqamətlərdən biridir. Özbəkistanın dəmir yolu sistemi Mərkəzi Asiyanın daxili yük axınlarını formalaşdırarkən, Azərbaycan tərəfdə Bakı Limanı və Bakı–Tbilisi–Qars xətti həmin yüklərin Avropa istiqamətinə çıxışını təmin edir. Gələcəkdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi Özbəkistanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxışını daha da genişləndirə bilər. Bu halda Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli daşımalar deyil, daha geniş Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa logistika sisteminin mühüm hissəsinə çevriləcək”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan–Özbəkistan nəqliyyat əməkdaşlığında rəqəmsallaşma və elektronlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, rəqəmsallaşma xərcləri azaldır, intensivliyi artırır, məlumat mübadiləsini və icazələrin verilməsini sürətləndirir, daşıyıcılar üçün inzibati yükü azaldır, tranzit proseslərinin şəffaflığını artırır və digər üstünlüklər yaradır. Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektiv istiqamətlərindən biri də birgə logistika mərkəzlərinin yaradılmasıdır. Artıq ölkələrimiz arasında imzalanmış sənədlər və qarşılıqlı investisiya qoyuluşları buna tam əsas verir. Eyni zamanda, yük axınlarının artması və əlverişli coğrafi mövqe də belə mərkəzlərin yaradılmasını zəruri edir: “Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin də yaxın gələcəkdə Orta Dəhlizin mühüm komponentinə çevrilməsi artıq reallıqdır, onda nəqliyyat-tranzit-logistika əlaqələrinin əhəmiyyəti daha da aydın olar. Zəngəzur dəhlizi yalnız yüklərin lazımi bazarlara çatdırılması baxımından deyil, bütün Türk dünyasını birləşdirən layihə kimi də aktualdır. Hər iki ölkənin nəqliyyat-tranzit-logistika məsələlərinə yanaşmalarında bunun da nəzərə alınması zəruridir. Bütün hallarda isə nəqliyyat əlaqələrinin ölkələrin büdcəsinə, iqtisadiyyatına və ümumilikdə qarşılıqlı münasibətlərinə müsbət mənada ciddi təsir edəcəyi danılmaz reallıqdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb