Azərbaycan parkları Ukraynanın təqvimində
Kiyev, 22 noyabr, AZƏRTAC
Ukrayna Prezidentinin Dövlət İdarəsi nəzdində fəaliyyət göstərən "Xarici Nümayəndəliyə Xidmət Baş İdarəsi" tərəfindən hazırlanan 2019-cu ilin təqvimində Azərbaycan haqqında geniş məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Ukraynada akkreditə olunan səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarına paylanılacaq divar təqvimində Kiyevdə mövcud olan parklarımız barədə məlumat yer alıb.
Təqvimin ilk səhifəsi Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkla başlayır. Sonra dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayev adına Park, “Azərbaycan-Ukrayna” Dostluq Parkı haqqında məlumat yer alır. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə reallaşan layihənin məqsədi ölkəmizin mədəniyyətini xarici ölkələrə tanıtmaqdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev