AZƏRBAYCAN PAYTAXTINDA HƏRBİ PARAD BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında zirehli texnikanın iştirakı ilə hərbi parada başlanmışdır.
Azərbayacan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda iştirak etmişdir.
Paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika və döyüş təyyarələri, vertolyotları iştirak edir.
Bu möhtəşəm tədbir Azərbayacan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişidir. On ildir ki, xalqımız 26 iyunu əlamətdar bayram kimi qeyd edir. Ulu öndər Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla tarixi həqiqət və Milli Ordu quruculuğundakı varislik ənənələrinin bərpası baxımından böyük əhəmiyyətə malik bir addım atmışdır.