AZƏRBAYCAN PƏHLƏVANLARININ RƏQİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaqdır. Artıq ağır çəkilərdə çıxış edəcək Azərbaycan pəhləvanlarının rəqibləri müəyyənləşmişdir.
Onaltıdabir final mərhələsində Novruz Temrezov (84 kq) ilk görüşündə Çaqnadorj Qanzoriqi (Monqolustan) ilə üz-üzə gələcəkdir. 96 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxacaq Xetaq Qazyumov da eyni mərhələdə ilk olaraq polşa təmsilçisi Matuş Qukmanla qarşılaşacaqdır.
Digər idmançımız Əli İsayev (120 kq) isə səkkizdəbir final mərhələsində Artur Taymazova (Özbəkistan) qarşı mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]