Azərbaycan Premyer Liqası: “Sabah” yeni mövsümə qələbə ilə başlayıb
Bakı, 24 avqust, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydan sahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.
Günün digər matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3 hesabı ilə uduzub. Tura avqustun 25-də keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]