AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV “2002-Cİ İLİN ADAMI”DIR
ANS Müstəqil Yayım və Media Şirkətinin və Çingiz Mustafayev Fondunun keçirdiyi ənənəvi sorğu nəticəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “2002-ci ilin adamı” elan edilmişdir. Şirkətdən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, dövlətimizin başçısının fəaliyyətini nəzərdən keçirən ekspertlər bir neçə çoxillik problemin həlli üçün əlverişli şərait yaratdığına görə Prezident Heydər Əliyevi ilin adamı seçmişlər. Məhz 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin təməli qoyulmuşdur. Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin əsasının qoyulması da yola saldığımız ilə təsadüf edir. Keçən il Azərbaycan və İran arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Qəbələ PLS-in statusu da 2002-ci ildə müəyyənləşdirilmişdir. Həmin ildə Bakı və Moskva Xəzərin dibinin bölünməsi barədə saziş imzalamışlar.
İlin adamı mükafatını Prezident Heydər Əliyevə yanvar ayının birinci ongünlüyündə təqdim etmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]