Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BÖYÜK BRİTANİYANIN LORDLAR PALATASININ ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 3-də Prezident sarayında Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri lord Altonu, lord Hiltonu və lord Əhmədi qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, onların Azərbaycana səfərinin əhəmiyyətli olduğunu, keçirdikləri görüşlər və ölkəmizlə tanışlığın yaxşı təəssürat bağışladığı barədə məlumatı olduğunu vurğuladı.

Lord Alton səmimi qəbula, Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi, həmkarlarını Prezident Heydər Əliyevə təqdim etdi. O, dedi ki, Azərbaycanın Londondakı səfiri öz ölkəsinin maraqlarını yaxşı təmsil edir və Azərbaycanla, Dağlıq Qarabağla bağlı bizə dəyərli məlumatlar verir.

Prezident Heydər Əliyevin Londona səfərlərini xatırladan qonaq bu günlərdə məcburi köçkünlərlə görüşdüklərini, münaqişə ilə bağlı əsl həqiqət barədə onlarda tam fikir formalaşdığını söyləyərək, bu insanların yaşayışının yaxşılaşdırılaması haqqında Prezidentin Fərmanını böyük mənəvi dəstək kimi qiymətləndirdi. Lord Alton ölkəsinin Azərbaycanda iqtisadi marağı olduğunu, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini və bu sahədə müəyyən yardım göstərə biləcəcklərini söylədi. Qonaq dedi ki, biz baş nazir Toni Bleyerə məktubla müraciət edib buradakı qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında geniş məlumat verəcək və çalışacağıq ki, ölkəmiz bu məsələnin həllində fəal rol oynasın. Biz Azərbaycanın Avropa Şurası və NATO ilə əlaqələrinin möhkəmlənməsini də dəstəkləyirik.

Roma papasının Azərbaycana səfərini yüksək dəyərləndirən lord Alton dedi ki, cənab Prezident, bu, çox cəsarətli bir addım idi ki, Siz onu Bakıya dəvət etdiniz. Çox şadıq ki, Siz sovet dövründə dağıdılmış kilsənin yenidən tikilməsinə razılıq vermisiniz. Biz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edəcəyik. Bizim üçün böyük başucalığıdır ki, ölkənizdəyik və şəxsən Sizin tərəfinizdən qəbul olunuruq.

Azərbaycanın vəziyyətini düzgün qiymətləndirdiklərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından zorla qovulmuş və hazırda çadırlarda yaşayan soydaşlarımızın ağır vəziyyəti ilə tanış olduqlarına görə qonaqlara təşəkkür edən Prezident Heydər Əliyev dedi ki, düşünrəm ki, oradakı dəhşətli vəziyyət, mənzərə sizi də narahat etməlidir. Çadır düşərgəsində yaşayanlar Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzün və apardığı müharibənin qurbanlarıdır. Siz, Lordlar palatasının üzvləri bunları gözlərinizlə görmüsünüz və güman edirəm ki, ölkənizdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında səhv fikir yaradanlara, söz deyənlərə cavab verməyə dəlilləriniz vardır. Təəssüflər olsun ki, Ermənistan Azərbaycana təcavüz etdiyi, torpaqlarımızın 20 faizini işğal etdiyi halda, bu torpaqlardan bir milyon azərbaycanlını zorla çıxardığı halda və onlar on ildən çoxdur ağır vəziyyətdə çadırlarda yayşadığl halda, erməni lobbisi və sizdə olan ermənipərəst parlament üzvləri, o cümlədən bəzi lordlar hər dəfə nitq söyləyir, erməniləri müdafiə etməyə dəvət edirlər, Dağlıq Qarabağın ağır vəziyyətdə olmasından danışırlar. Amma bunları gəlib görmək istəmirlər. Sizin həmkarınız baronessa Koks ən azı ildə bir dəfə Ermənistanı ziyarət edir, Dağlıq Qarabağa gedir. Sonra gəlib Böyük Britaniyanın parlamentində dezinformasiya yayır.

Prezident Heydər Əliyev 1994-cü ildə baronessa Koksla Londonda görüşüb danışdığını və Azərbaycana dəvət etdiyini, lakin onun buraya gəlmədiyini və əsl həqiqəti, günahkarın kim olduğunu bilmək istəmədiyini də xatırlatdı.

Dövlətimizin başçısı Lordlar palatası üzvlərinin Azərbaycandakı vəziyyət və qaçqınlar haqqında məlumat vermək üçün baş nazir Toni Bleyerə xüsusi məktubla müraciət etmək niyyətlərini yüksək qiymətləndirərək vurğuladı ki, biz Böyük Britaniya ilə bütün sahələrdə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və bu əməkdaşlıq xarici siyasətimizin üstün istiqamətlərindən biridir. Böyük Britaniyanın onlarca şirkəti Azərbaycanda çox uğurlu fəaliyyət göstərir, sərmayə qoyur. Neft və qaz sahəsində xarici dövlətlərlə əməkdaşlığımızda Böyük Britaniya xüsusi yer tutur və Azərbayacnın neft-qaz sektoruna çox böyük marağı var. Biz bu marağı təmin etmişik və əməkdaşlığımız uzunmüddətlidir.

Azərbaycan Prezidenti daha sonra dedi ki, Ermənistanla heç bir iqtisadi marağı olmayan Böyük Britaniyada erməni lobbisi Ermənistanı dəstəkləyir, bu bölgə haqqında yalan məlumatlar verir. İqtisadi maraqların həyata keçirilməsi naminə Böyük Britaniya gərək Azərbaycanın bu problemləri ilə də yaxından məşğul olsun. Ümid edirəm ki, siz bu sahədə bizə yardımçı olacaqsınız və bu səfərinizin müsbət nəticələrini müşahidə edəcəyik.

Lordlar palatasının digər üzvləri lord Hilton və lord Əhməd görüşdə çıxış edərək, Prezident Heydər Əliyevin fikirləri ilə razılaşdıqlarını və bu region haqqında kifayət qədər məlumatları olduqlarını bildirərək dedilər ki, məlum münaqişənin həlli üçün Minsk qrupu çərçivəsində səylər göstərilir. Amma bu günədək daimi sülhün yaranmamasını Minsk qrupunun mükəmməl addım atmaması ilə izah etmək olar. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Böyük Britaniya, biz burada bir milyondan çox insanın əziyyət çəkməsinə biganə qala bilmərik və onların daimi yaşayış yerlərinə qayıtmaları barədə qəti düşünməliyik. Biz qaçqınlarla görüşərkən onların öz dövlət başçılarına böyük inamlari olduğunu gördük.

Cənab Hilton Bakı ilə Yerevan arasında dəmir yolunun açılması məsələsi barədə Azərbaycan Prezidentinin fikri ilə də maraqlandı.

Prezident Heydər Əliyev bildirdi ki, biz dəmir yolunun açılmasını dəfələrlə müzakirə etmişik, ancaq Ermənistan buna imkan vermir. Bu dəmir yolu Ermənistana lazımdır. Amma bunu açmaq üçün gərək Ermənistan Azərbaycanın işğal olunmuş dörd rayonunu azad etsin. Çünki bizim dəmir yolunun təxminən 130 kilometri indi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu, eyni zamanda bizim İranla olan sərhəddimizdir. Həmin ərazi Ermənistan tərəfindən işğal edilmişdir. Ermənistan dəmir yolunun açılmasını istəyir, ancaq torpaqların azad edilməsinə razılıq vermir. Əgər dəmir yolu keçən rayonlar işğaldan azad olmasa, Ermənistan silahlı qüvvələri ordan çəkilməsə, dəmir yolunun açılması real deyildir.

Lord Alton terrorizmlə mübarizədən söz açaraq, Azərbaycanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi. O, terrorizmə qarşı mübarizə ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün Azərbaycan parlament nümayəndə heyətinin Britaniyaya səfər etməsini arzuladı və əlavə etdi ki, cənab Prezident, mən baronessa Koks ilə də görüşəcək, Sİzin dəvətinizi ona çatdıracağam ki, gəlib hər şeyi gözü ilə görsün.

Prezident Heydər Əliyev qonağın təklifinin əhəmiyyətli olduğunu bildirərək dedi ki, əgər belə bir dəvət gələrsə, parlamentimizin sədri məmnuniyyətlə Böyük Britaniyada görüşlər keçirər və Azərbaycan həqiqətlərini parlamentinizin bəzi başqa üzvlərinə də çatdırar.

Görüşün sonunda lord Əhməd həmkarları adından Prezident Heydər Əliyevə xatirə hədiyyəsi və öz kitabını təqdim etdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Böyük Britaniyanın Bakıdakı səfiri Endryü Taker və Azərbaycanın Londondakı səfiri Rəfael İbrahimov qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər