Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GUAM ÖLKƏLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev iyulun 2-də Prezident sarayında GUAM-ın üzvü olan ölkələrin nümayəndə heyətini - Gürcüstanın və Ukraynanın xarici işlər nazirləri İrakli Menağarişvilini və Anatoli Zlenkonu, Moldova XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Andrey Stratanı qəbul etmişdir. 

Prezident Heydər Əliyev qonaqları salamlayaraq, GUAM ölkələri xarici işlər nazirlərinin Bakıda keçirilmiş görüşünün uğurla başa çatması münasibətilə onları təbrik etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev görüşün yekunları barədə və görüşdə GUAM dövlətləri başçılarının iyulun 19-20-də keçiriləcək zirvə toplantısında məsələlərin müzakirəsi üçün zəmin hazırlandığı barədə ona məlumat vermişdir.

Bu təşkilatin üzvü olan ölkələrin 2001-ci ildə keçirilmiş ilk zirvə toplantısında Azərbaycan həmin birliyin ilk sədri seçilmişdir. Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev bu barədə məlumat verərək dedi ki, həmin zirvə toplantısında onda GUÖAM adlanan təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşünü Bakıda keçirmək haqqında qərar qəbul edilmişdir. İndiki görüş ərəfəsində milli əlaqələndiricilərin iclası keçirilmişdir. Görüşdə bir sıra məsələlərə baxılmış, rəsmi məlumat qəbul olunmuşdur. Özbəkistan tərəfinin GUÖAM strukturlarında fəaliyyətini müvəqqəti dayandırması haqqında bu ölkənin notası da hərtərəfli nəzərdən keçirilmiş və bununla əlaqədar müvafiq Bəyanat qəbul edilmişdir. Müşahidəçi statusu haqqında dövlət başçılarının qəbul etdikləri qərar paraflanmış, yaxın vaxtlarda Kiyevdə açılacaq informasiya ofisinə dair müvəqqəti Əsasnamə qəbul olunmuşdur. Görüş iştirakçıları GUAM-ın 2002-2003-cü illər üçün fəaliyyət Proqramını da qəbul etmiş, zirvə toplantısının gündəliyini, nümayəndələri bu toplantıya dəvət olunacaq dövlətlərin və beynəlxalq təşkilatların siyahısını razılaşdırmış, Yaltada bir sıra sənədlərin, o çümlədən azad ticarət zonası haqqında sazişin, Sabitlik və təhlükəsizlik haqqında bəyannamənin, GUAM-ın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin layihəsinin imzalanmasını dəstəklədiklərini bildirmişlər. Görüşdə gələcəkdə Parlament Assambleyasının və bir sıra digər strukturların yaradılması barədə arzular səslənmişdir.

V.Quliyev bildirdi ki, görüşdə beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərə xüsusi diqqət yetirilmişdir. Üzv ölkələrin bu mübarizədə birgə fəaliyyəti, o cümlədən ötən ilin noyabr ayında ABŞ dövlət katibinin müavini Mark Qrossmanın iştirakı ilə DİN başçılarının görüşü vurğulanmışdır. Bakı görüşünün iştirakçıları təşkilatın bu istiqamətdə fəaliyyətini gücləndirmək niyyətində olduqlarını bildirmişlər.

Görüşdə çıxış edən Ukraynanın xarici işlər naziri Anatoli Zlenko Ukrayna Prezidenti Leonid Kuçmanın salamlarını və səmimi arzularını Azərbaycan Prezidentinə yetirdi. O, İstanbulda keçirilmiş “Üç dənizin əfsanəsi” konfransında Azərbaycanın dövlət başçısının parlaq və məzmunlu çıxışını da yüksək qiymətləndirdi.

Ukrayna XİN-in başçısı Yaltada keçiriləcək zirvə toplantısından danışaraq dedi ki, Bakı görüşünün iştirakçıları zirvə toplantısında terrorizmə dair siyasi bəyanat qəbul etməyin zəruriliyi barədə yekdil fikrə gəldilər. Bu bəyanat bütün ölkələr, o cümlədən ABŞ tərəfindən müsbət qarşılanacaqdır. Müəyyən qədər təkmilləşdirilmək tələb edən bu bəyanatın layihəsi artıq hazırlanmışdır. Anatoli Zlenko bildirdi ki, yaxın vaxtlarda Kiyevdə təşkilatın informasiya ofisi açılacaq və gələcəkdə onun fəaliyyətinin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Ukrayna nazirinin fikrincə, üzv ölkələr hazırda təşəkkül prosesinin davam etdirilməsinin, müqavilə-hüquqi əsasın yaradılmasının, təşkilatın fəaliyyətinin konkret məzmunla zənginləşdirilməsinin zəruriliyi mərhələsindədir. XİN-in başçıları sərhədlərin və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, mühacirət, fövqəladə hallarda birgə fəaliyyət məsələləri ilə bağlı layihə hazırlamaq fikrindədirlər. ABŞ tərəfi bu layihənin maliyyələşdirmək arzusunu bildirmişdir.

Bakı görüşünün iştirakçıları BMT Baş Məclisinin qarşıdakı sessiyasının gedişində GUAM-ABŞ, GUAM-a maraq göstərən bir sıra Latın Amerikası ölkələrini birləşdirən GUAM-RİO qrupu formatında danışıqlar aparmağın zəruriliyi fikrinə gəlmişlər.

Gürcüstanın xarici işlər naziri İrakli Menağarişvili birgə işə, İstanbulda keçirilmiş maraqlı görüşlərə görə öz ölkəsinin prezidentinin təşəkkürlərini Azərbaycan dövlətinin başçısına çatdırdı. Gürcüstan XİN-in başçısı bildirdi ki, onun ölkəsi GUAM-ın regional birlik kimi gələcəkdə möhkəmlənməsində və əməkdaşlığın səmərəliliyinin artırılmasında maraqlı olduğunu bir daha təsdiq edir.

Moldova XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Andrey Stratan öz ölkəsinin Prezidenti Vladimir Voroninin ən xoş arzularını Azərbaycan Prezidentinə yetirdi. O bildirdi ki, müşahidəçi statusu haqqında qəbul olunmuş sənəd GUAM-ın fəaliyyətinin daha da gücləndirilməsində böyük rol oynayacaq və digər ölkələri də cəlb etməyə və maraqlandırmağa imkan verəcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev vurğuladı ki, görüş iştirakçıları böyük iş görmüşlər, GUAM-ın təşkilatlanmasına təkan verəcək mühüm sənədlər qəbul etmişlər. Dövlətimizin başçısı nəzərə çarpdırdı ki, bu təşkilat əsasən iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlıq etmək üçün regional qurum kimi yaradılmışdır. Aradan kifayət qədər vaxt keçmiş və xeyli iş görülmüşdür - təşkilat mövcuddur və daim fəaliyyətdədir, dövlət başçılalrının zirvə görüşü, milli əlaqələndiricilərin, xarici işlər nazirlərinin görüşləri keçirilmişdir. Prezident Heydər Əliyev Yaltada zirvə görüşü keçirmək təşəbbüsünü irəli sürən Ukraynanın rolunu və fəaliyyətini, habelə bir sıra ölkələrin görüşdə müşahidəçi qismində iştirak etməsi üçün Ukrayna tərəfinin onlarla apardığı danışıqların əhəmiyyətini xüsusi vurğuladı. Respublikamızın rəhbərinin fikincə, çox sayda ölkənin müşahidəçi kimi iştirak etməsi zirvə görüşünün əhəmiyyətini daha da artıracaq və təşkilat üzvlərinin sıralarını genişləndirməyə imkan verəcək, GUAM-ın həmin ölkələrlə əməkdaşlığığını genişləndirmək üçün stimul olacaqdır.

Prezident Heydər Əliyev nəzərə çarpdırdı ki, bütün ölkələr, o cümlədən Azərbaycan üçün də ən önəmli məsələ beynəlxalq terrorizmlə mübarizə məsələsidir. Amerikada faciəli 11 sentyabr hadisələri beynəlxalq terrorizmin təşəkkül tapmış sistemini, hətta ən böyük dövlətlərin belə təsəvvürə gətirmədikləri təhlükənin miqyasını üzə çıxardı. Azərbaycan Prezidenti vurğuladı ki, Əfqanıstandakı hərbi əməliyyatlar hələ mübarizə aparılmalı olan beynəlxalq terrorizmin niyyətlərinin kiçik bir hissəsidir. Beynəlxalq terrorizmlə mübarizə məsələsi qarşıdakı zirvə görüşünün diqqət mərkəzində olmalıdır.

Azərbaycan dövlətinin başçısı bildirdi ki, qəbul edilmək üçün nəzərdə tutulmuş sənəd indiki reallığı əks etdirməklə yanaşı, gələcəyə də yönəldilməlidir. Terrorizmlə, narkotiklərlə mübarizə fəal birgə iş tələb edir. Prezident Heydər Əliyev dedi: Yaxın illər ərzində biz hələ deyə bilmərik ki, belə hallara son qoymuş, onun təhlükəsini azaltmışıq. Bu təhlükə hələ də qalmaqdadır, çünki son nəticədə sivil dünyaya qarşı yönəlmiş bu prosesdə bir çox ölkələr, ayrı-ayrı cinayətkar təşkilatlar iştirak edir. Cənubi Qafqaz ölkələri bu baxımdan çox müdafiəsizdir, onlar hər gün terrorizmin bu və ya digər dərəcədə təzahürü, yaxud ona hazırlıq faktları ilə üzləşir.

Azərbaycan dövlətinin başçısı Yalta zirvə toplantısının hazırlanmasında göstərdiyi qayğıya görə Ukrayna hökumətinə və Prezident Leonid Kuçmaya öz minnətdarlığını bildirdi.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO