Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 6-da Prezident sarayında İran İslam Respublikası xarici işlər nazirinin Asiya, Okeaniya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə müavini Möhsün Əminzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev son vaxtlar ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı görüşlərin sayının artmasından, müzakirələrin daha mənalı keçməsindən məmnun qaldığını bildirərək dedi ki, İran ilə Azərbaycan arasında əlaqələr yaxşı olmalı və gündən-günə genişlənməlidir. Güman edirəm ki, əməkdaşlığımızı bundan sonra da bu cür davam etdirsək, həll olunmamış məsələləri də həll edə bilərik.

Səmimi qəbul üçün təşəkkür edən cənab Möhsün Əminzadə dövlətimizin başçısına İran Prezidenti Xatəminin salamlarını çatdıraraq dedi ki, zati-alinizin ölkəmizə səfəri dövlətlərimiz arasında münasibətlərdə dönüş nöqtəsi idi. Cənab Xatəmi Sizinlə apardığı danışıqlardan və müzakirələrdən çox razıdır. Zati-aliniz mühüm bir ölkənin rəhbəri kimi bütün bölgədə böyük nüfuza malikdir.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən qonaq İran və Azərbaycan rəhbərliyinin birgə səyləri, əzmi və iradəsi nəticəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Cənab Əminzadə dedi ki, Azərbaycan bizim üçün mühüm ölkədir. İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır. Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulan münasibətlər qonşular arasında etimadı təmin edir. Biz qonşularımız arasında Azərbaycanı mühüm ölkə kimi qiymətləndiririk. Biz Azərbaycanı sabit, tərəqqi edən bir ölkə kimi görmək istəyirik. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimiz və bölgənin təhlükəsizliyi deməkdir. Biz regionda sülh və sabitlik olmasını istəyirik.

Prezident Heydər Əliyev qonağın fikirləri ilə razı olduğunu söyləyərək bildirdi ki, biz, yəni hər iki dövlət və onların başçıları eyni fikirdəyik. Bu fikirlərimizi də mən mayın 18-də Tehranda rəsmi səfərdə olarkən imzaladığımız rəsmi sənədlərdə əks etdirdik. Hesab edirəm, mənim səfərimlə bağlı çox mühüm hadisələrdən biri ondan ibarətdir ki, İran ilə Azərbaycan arasında əlaqələrimizin hüququ bazasını yaradan dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzaladıq. Çox məmnunam ki, bu müqavilə İranla olan əlaqələrimizin bütün sahələrini əhatə etdi. Biz bir çox başqa sənədlər də imzaladıq. Ancaq bu müqavilə bizim gələcək əlaqələrimizin əsasını təşkil edir. Belə müqavilə imzalanandan sonra, təbiidir ki, biz gərək səylərimizi artıraq və bu müqavilədə əks etdirdiyimiz müddəaların hamısını həyata keçirməyə çalışaq. Biz müqavilədə əks olunmuş bütün müddəalara sadiqik və bundan sonra da sadiq olacağıq. Ancaq eyni zamanda, bu müddəaların həyata keçirilməsi çox əhəmiyyətlidir ki, həm siyasi, iqtisadi, həm də humanitar, elmi, mədəni əlaqələrimiz daha da canlansın və genişlənsin.

Dövlətimizin başçısı vurğuladı ki, biz İranı vahid dövlət kimi tanıyırıq. İranın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq və ona hörmət edirik. Biz istəyirik ki, İranda daxili sabitlik, sülh, əmin-amanlıq olsun. Ölkənizin istənilən istiqamətdə inkişaf etdirilməsində sizə heç bir maneçilik olmasın. Bizim imzaladığımız müqavilədə göstərilən prinsiplərdən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipidir. Biz bütün ölkələrlə münasibətlərimizdə, əlaqələrimizdə, xüsusilə də İranla əlaqələrimizdə bunu xüsusi prinsip hesab edirik. Biz bu prinsipə riayət edirik, bundan sonra da riayət edəcəyik. Eləcə də istəyirik ki, bizim daxili işlərimizə heç kəs qarışmasın.

İndi artıq dünyada hamı anlamalıdır ki, ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə etmək, yaxud müdaxilə yolu ilə bu ölkələrin daxili quruluşunu dəyişdirmək, yada hansısa başqa bir tədbir görmək - bunlar tamamilə perspektivsiz işlərdir. Əgər dünyanın hansısa bir ölkəsindən digər bir ölkəyə qarşı belə bir cəhdlər göstərilirsə, biz bunları tamamilə pisləyir və yolverilməz hesab edirik.

Biz istəyirik ki, İran inkişaf etsin. İran böyük dövlətdir və İranın böyük imkanları, iqtisadi potensialı, qədim, çox gözəl tarixi var. Biz istəyirik ki, İran xalqı rahat, rifah, sülh içində yaşasın. Eyni zamanda, bütün ölkələrdən özümüzə qarşı da bu cür münasibət gözləyirik.

Prezident Heydər Əliyev təəssüflə vurğuladı ki, bu baxımdan vəziyyətinizin tamamilə normal olduğunu deyə bilmərik. Çünki Ermənistan 1988-1989-cu illərdən Azərbaycana qarşı təcavüz edibdir, ölkəmizin Dağlıq Qarabağ ərazisinə iddia edibdir, müharibə gedib və müəyyən səbəblərdən Ermənistanın silahlı qüvvələri bizim torpaqlarımızı işğal edibdir. Ərazimizin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdən, o cümlədən Ermənistanın öz ərzisindən zorla çıxarılmış və indi Azərbaycanda ağır vəziyyətdə yaşayan azərbaycanlıların sayı bir milyona çatır. Belə bir təcavüzkar dövlət, ölkə- Ermənistan heç bir əsası olmadan Dağlıq Qarabağa “respublika” statusu verib və indi orada artıq guya seçki keçirirlər. Seçki yolu ilə “dövlət başçısı” seçmək istəyirlər. Biz bunlara qəti etiraz etmişik və edirik. Bizim Xarici İşlər Naziriyinin bəyanatı var. Biz bu barədə həm Birləşmiş Millətlər Təşkilatı ilə, Təhlükəsizlik Şurası, BMT-nin Baş katibi ilə, həm də Avropa Birliyi ilə və başqa beynəlxalq təşkilatlarla əlaqə saxlamışıq. Onlar Dağlıq Qarabağda seçkilər keçirilməsini qanunsuz hesab edirlər. BMT-nin Baş katibi Koffi Annan bunu bizim yazdığımız məktuba cavab olaraq bildiribdir və bu, mətbuatda dərc olunmuşdur.

Avropa Birliyi bu barədə məlumat veribdir ki, o, belə “respublika” və orada keçiriləcək seçkiləri tanımır. Bir çox başqa dövlətlər və beynəlxalq təşkilatlar da bunu bildiriblər. Güman edirəm, bizim bölgəmizdəki bu qanunsuz hərəkətlərə dostlarımızın hamısı münasibətlərini bildirməlidirlər.

1994-cü ilin may ayından biz atəşi dayandırmışıq, danışıqlar aparırıq və məsələni sülh yolu ilə həll etmək istəyirik. ATƏT bu barədə çox böyük işlər görür. ATƏT-in Minsk qrupu var, onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır, onlar da çox işlər görürlər. Ancaq təəssüflər olsun ki, Ermənistan bütün beynəlxalq təşkilatların qərarlarına etinasızlıq göstərir, onları yerinə yetirmir. Bizim sülhsevər siyasətimiz, çox ədalətli təkliflərimiz, cəhdlərimiz, təəssüf ki, Ermənistan tərəfindən hələ ki, qəbul olunmur.

Bilirsiniz ki, son illərdə ATƏT-in Minsk qrupunun bir neçə təklifinə biz razılıq verəndən sonra, ermənilər bunlardan imtina etmişlər. Biz isə məsələni sülh yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

O cümlədən son illər Ermənistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında bilavasitə görüşlər və danışıqlar sistemi də yaranıbdır. Bu görüşlərdə biz bir çox məsələləri müzakirə etmişik. Bəzi kompromislər haqqında fikir mübadiləsi aparmışıq. Ancaq hələ ki, bir nəticə əldə olunmayıbdır.

Bu ayın 14-də mən Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Ermənistan Prezidenti Koçaryanla görüşəcəyəm. Yəni indi yenə bir cəhd göstəririk ki, nəticə əldə edək. Bunların hamısını siz bilirsiniz, mən Tehranda olanda Prezident cənab Xatəmiyə bu barədə çox geniş məlumat vermişəm. Siz Ermənistanla sıx əməkdaşlıq edirsiniz. Cənab Xatəmi dedi ki, İran da münaqişənin həll olunması üçün öz səylərini göstərə bilər. Ermənistanla çox geniş iqtisadi əlaqələr saxladığına görə, İran ona təsir etməlidir. Çünki Ermənistan bütün beynəlxalq qanunları pozur və ədalətsiz mövqedə durur, təcavüzkardır. Biz öz sülhsevər siyasətimizi davam etdiririk. Eyni zamanda, torpaqlarımızın işğal altında qalmasına da artıq dözə bilmirik. Ona görə də bu məsələlər üzərində ciddi düşünürük.

Beləliklə, mən demək istəyirəm ki, dövlətlər, qonşu dövlətlər gərək bir-birinin işlərinə qarışmasın, bir-birinin torpağına göz dikməsin, təcavüzkarlıq etməsin. Təbiidir ki, bir dövlət güclü, digəri ondan zəif ola bilər. Bu o demək deyildir ki, güclü dövlət zəif dövləti əzməlidir. Təbiidir, Ermənistanı Azərbaycanla müqayisə edəndə, biz onlardan zəif deyildik. Amma o illərdə Sovet İttifaqının rəhbərliyinin Ermənistana dəstəyinə görə və erməni diasporunun köməyinə görə, bəzi başqa səbəblərə görə onlar bizim torpaqlarımızı işğal edə bildilər. Ancaq indi müstəqil Azərbaycan ilə Ermənistan bir-biri ilə müharibə aparsa, deyə bilmərik ki, biz onlardan gücsüzük. Mən güclü-gücsüz məsələsini ümumiyyətlə deyirəm. Çünki dünyada dövlətlərin hamısı eyni gücə malik deyildir. İran kiçik dövlətlərə nisbətən güclü dövlətdir. Amma İrandan da güclü dövlətlər var. Elədirmi? Gərək heç bir güclü dövlət özündən kiçik, yaxud hərbi cəhətdən zəif dövlətə təcavüz etməsin. Təcavüzkarlıq, özlüyündə ən böyük cinayətdir.

Bir sözlə, gərək hamı sülh yolu ilə getsin. Biz bu yolla gedirik. İran ilə əlaqələrimiz indi elə qurulubdur ki, güman edirəm, İran da, biz də eyni yolla - sülh yolu ilə gedirik.

Möhsün Əminzadə dedi ki, zati-alinizin də yaxşı bildiyi kimi, ölkəmiz uzun əsrlər boyu yadellilərin müdaxiləsindən zərər görmüşdür, biz ölkəmizdə inqilab etməklə başqalarının daxili işlərimizə müdaxilə yolunu bağlamağa və müstəqil ölkə qurmağa çalışmışıq. İstəyirik ki, heç kəs bizim daxili işlərimizə qarışmasın. Özümüz də heç bir ölkənin daxili işlərinə qarışmaq istəmirik. Öz ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşdığımız kimi, başqalarının, xüsusilə qonşularımızın da suverenliyinə hörmət edirik.

Nümayəndə heyətinin başçısı bildirdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdir və indi də edir. Biz bu mühüm prinsipə zidd istənilən hərəkəti pisləyirik, rədd edirik. Bu fikirdəyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının maraqları və mənafeyi nəzərə alınmalıdır. Sizin müzakirələrə əsaslanan siyasətinizi yüksək qiymətləndiririk. Münaqişənin tezliklə aradan qaldırılmasını və regionda sülhün, sabitliyin bərqərar edilməsini istəyirik və bu yolda səylərimizi əsirgəməyəcəyik.

Cənab Əminzadə dedi ki, son vaxtlar Minsk qrupu İranı məsləhətləşmələrə dəvət etmişdir. Bizim nümayəndəmiz Parisdə Minsk qrupunun təmsilçiləri ilə danışıqlar aparmış İranın mövqeyini açıqlamışdır. Biz səylərimizi davam etdirəcəyik və ümidvarıq ki, bu məsələ tezliklə həll olunacaqdır.

Prezident Heydər Əliyev dedi ki, mən iqtisadi məsələlərə toxunmadım, çünki bu gün siz baş nazirlə görüşmüsünüz. Baş nazir bu görüş, müzakirə etdiyiniz məsələlər haqqında mənə məlumat verdi.

Bu gün Naxçıvanda sizin nazir Əli Sufi ilə Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev görüşüblər, Naxçıvanla bağlı məsələləri xüsusi müzakirə ediblər. Mən dəfələrlə demişəm, siz gərək Naxçıvanla bağlı məsələlərə daha da yaxından münasibət göstərəsiniz.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov, İranın Bakıdakı səfiri Əhəd Qəzayi və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır