Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV YAPONİYA SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 9-da Prezident iqamətgahında Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivaranın etmadnaməsini qəbul etmişdir. 

Səfir TOŞİYUKİ FUCİVARA etimadnaməsini Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi:

-Zati-aliləri cənab Prezident Əliyev!

Yaponiyanın Azərbaycan Respublikasında səfiri təyin edilməyim barədə etimadnaməni və sələfim səfir Tetsuya Xirosenin geri çağırılması haqqında məktubu zati-alinizə təqdim etmək mənim üçün böyük şərəfdir.

Bu fürsətdən istifadə edərək, imperator Akihitonun ölkələrimiz arasında dostluq əlaqələrini genişləndirmək istəklərini zati-alinizə çatdırmaq istəyirəm.

1992-ci ilin sentyabr ayında iki ölkə arasında qurulmuş diplomatik əlaqələr getdikcə inkişaf etmiş və 1998-ci ilin fevralında zati-alinizin Yaponiyaya rəsmi səfərindən sonra genişlənən mehriban münasibətlər həm Yaponiya hökuməti, həm də Azərbaycan üçün birgə əməkdaşlıq sahəsində yeni perspektivlər açmışdır. Mən Yaponiya ilə ölkəniz arasında mövcud olan qarşılıqlı anlaşmanın gələcəkdə də təmin olunması, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün öz vəzifəmi var qüvvəmlə yerinə yetirəcəyəm. Zati-alinizi və Azərbaycan hökumətini əmin edirəm ki, dövlətlərarası münasitbətlərimizin daha da inkişafı naminə səylərimi və bacarığımı əsirgəməyəcəyəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səfirə müraciətlə dedi:

-Hörmətli cənab səfir!

Sizi Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edir və bu işinizdə uğurlar arzulayıram.

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 10 illik tarixi var. Bu illərdə biz ölkələrimiz arasındakı əlaqələri inkişaf etdirməyə çalışmışıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Yaponiya hökuməti Azərbaycana xüsusi münasibət, qayğı və diqqət göstəribdir. Yəni Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində çox maraqlı olduğunu bildiribdir. Bütün bunların nəticəsində 1998-ci ilin fevral ayında mənim Yaponiyaya rəsmi səfərim zamanı Yaponiya-Azərbaycan əlaqələrinin keçdiyi yol müzakirə olundu və gələcəkdə görüləsi işlər haqqında qərarlar qəbul etdik. Demək olar ki, o vaxtdan, yəni 1998-ci ildən Yaponiya-Azərbaycan əlaqələrində yeni bir inkişaf mərhələsi başlayıbdır.

Biz bu inkişafdan da çox məmnunuq.

Yaponiya inkişaf etmiş dövlətdir, qabaqcıl texnikaya və texnologiyaya malik olan bir ölkədir. Yaponiya dünyanın müxtəlif böləgələrində böyük sərmayələr qoyan bir ölkədir. Ona görə də Yaponiyanın Azərbaycana olan marağı və indiyədək görülən əməli işlər bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu işlər məlumdur. Biz həm neft sahəsində yaxşı əməkdaşlıq edirik, həm də elektrik stansiyalarının yaradılması sahəsində əməkdaşlıq edirik. Yaponiya Azərbaycanda başqa sahələrə də maraq göstərir. Mən fürsətdən istifadə edib, bunlara görə məmnun olduğumu bildirmək isəyirəm.

Biz Yaponiyanı özümüz üçün çox dəyərli tərəfdaş hesab edirik. Yaponiyanın Azərbaycanda daimi səfirliyi açılandan sonra bu işlərin daha da sürətlə getdiyini hiss edirik.

Mən ümidvaram ki, Yaponiyanın Azərbaycanda yeni səfiri kimi siz indiyə qədər görülən işləri davam və daha da sürətlə inkişaf etdirəcəksiniz.

Mən həm də çox məmnunam ki, sizinlə yenidən görüşürəm. Çünki 1998-ci ildə mən Tokioda - Yaponiyada rəsmi səfərdə olarkən siz gərək ki, Xarici İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyi şöbəsinə rəhbərlik edirdiniz. Mən və nümayəndə heyətimiz orada olduğumuz zaman bizə çox diqqət və qayğı göstərmişdiniz, daim bizimlə bir yerdə olmuşdunuz. Ona görə də artıq bizim aramızda yaxşı münasibətlər yaranıbdır. Təkcə mənim yox, mənimlə birlikdə Yaponiyada olan nümayəndə heyətinin üzvləri ilə də. Bu da sizin üçün və bizim üçün çox əhəmiyyətlidir.

Sizin Azərbaycanca danışmağınız da məni çox sevindirdi. Doğrudur, sizdə bir balaca türk ləhcəsi var, yəni Anadolu türkcəsinin ləhcəsi var. Amma deyə bilərəm ki, 98 faiz siz tam Azərbaycanca danışdınız. Demək, siz hələ vaxtilə Azərbaycanı öyrənmiş bir adamsınız. Azərbaycana maraq göstərmiş bir diplomatsınız. Bunların hamısı belə düşünməyimə əsas verir ki, sizin səfirliyiniz zamanı Yaponiya ilə Azərbaycan arasında əlaqələr daha da sürətlə inkişaf edəcəkdir. Mən bunu arzulayıram. Əmin ola bilərsiniz ki, sizə burada bütün hakimiyyət orqanları tərəfindən lazımi yardım, qayğı və diqqət göstəriləcəkdir. Sizin səmərəli işləməyiniz üçün bütün imkanlar yaradılacaqdır.

Sizi bir daha təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara, onun xanımı, səfirliyin əməkdaşları xatirə şəkli çəkdirdi.

X X X

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Prezident Heydər Əliyev ilə səfir Toşiyuki Fucivara arasında səmimi söhbət oldu.

Azərbaycan Prezidenti HEYDƏR ƏLIYEV səfirə müraciətlə dedi:

- Azərbaycan-Yaponiya iqtisadi əlaqələri indi çox sahələrdə inkişaf edir. İndi mən bunları müzakirə etmək istəmirəm. Güman edirəm ki, siz bu məsələləri bizim iqtisadiyyat naziri Fərhad Əliyevlə geniş danışacaqsınız.

Baş nazirin müavini Abid Şərifovla, - siz onu tanıyırsınız, o, mənimlə birlikdə Yaponiyaya gəlmişdi və mən ona tapşırmışdım ki, bu məsələlərlə məşğul olsun, indi də məşğul olur, - danışacaqsınız. İndi sizin kreditinizlə Şimal Dövlət Rayon Elektrik Stansiylası tikilir. Mənə söz veriblər ki, bu ilin noyabr ayında həmin tikinti başa çatacaqdır və biz stansiyanı istismara verəcəyik, birlikdə açacağıq. Ona görə bildirmək istəyirəm ki, siz də biləsiniz və bu işi birlikdə görəsiniz.

Sizin başqa sahələrdə də həm kreditlər vermək, həm də qrantlar vermək imkanlarınız var. Mən bilirəm ki, siz bizim səhiyyə, təhsil sahələrinə, kənd təsərrüfatında sahibkarlığın inkişaf etdirilməsinə, mədəniyyətə, simfonik orkestrə qrantlar vermisiniz. Bunlara görə təşəkkür edirəm. Güman edirəm ki, belə əməkdaşlıq davam etməlidir.

Sizin neft şirkətləri də istədikləri payları aldılar. İndi “Yanan Tava” neft yatağında onlar qazma işləri aparırlar. Bir quyu qazdılar, yenisini də qazacaqlar. Onlar oradan yaxşı nəticə gözləyirlər. “İtoçi” şirkəti əvvəldən bizim ilk neft müqaviləsinə daxil olubdur. Yəni Yaponiyanın burada neft sahəsində də fəaliyyəti böyükdür. İndi belə yaxşı şərait yaranıbdır. Ancaq siz də səfirliyiniz zamanı gərək göstərəsiniz ki, sizin dövrünüzdə nə olubdur. Ona görə də sizdən təşəbbüslər gözləyəcəyəm.

TOŞİYUKİ FUCİVARA: Zati-alinizin çox mehriban münasibətinə görə minnətdaram və ürəkdən təşəkkür edirəm. Mən zati-alinizin söylədiyi kimi, Yaponiya ilə Azərbaycan arasında münasibətlər Sizin Yaponiyaya səfərinizdən sonra daha da inkişaf etmişdir.

Buraya səfir təyin olunarkən ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, mənim qarşımda vəzifə kimi qoyulmuşdur. Bu istiqamətdə işlərimiz davam edir. Bu yaxınlarda qədim İpək yolu ilə bağlı neft sahəsindəki əməkdaşlığımızla əlaqədar Yaponiyadan bir nümayəndə heyəti Azərbaycana gələcəkdir. İnşallah, Yaponiya təmsilçiləri başda hörmətli Prezident olmaqla hökumət nümayəndələri ilə də görüşəcək, fikir mübadiləsi aparacaqlar. Məqsəd neft sənayesində təhlükəsizliklə bağlı Asiya qitəsində əməkdaşlıq məsələlərini müzarkirə etməkdir. Həmin görüşlər zamanı Azərbaycan iqtisadiyyatının daha hansı sahələrində əməkdaşlıq yaradılmasının mümkünlüyü nəzərdən keçiriləcəkdir. Görüşlər zamanı sərmayə qoyulması sahəsində də mümkün variantlar müzakirə olunacaqdır. Şimal Dövlət Rayon Elektrik Stansiyasının tikintisinin, zati-alinizin qeyd etdiyi kimi, bu ilin noyabr ayında başa çatacağını mən də bilirəm. Ancaq mənim başlıca vəzifəm bundan sonrakı layihələrin kreditləşdirilməsinə kömək etməkdən ibarət olacaqdır. Bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bununla əlaqədar mən araşdırmalar aparacaq və öz fikrimi bildirəcəyəm. Zati-alinizə söz verirəm ki, vəzifəmi layiqincə yerinə yetirəcəyəm.

Etimadnamənin təqdim olunması mərasimində Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Y.Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı