RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ARGENTİNA PREZİDENTİ KARLOS SAUL MENEM İLƏ GÖRÜŞÜ
Söhbət zamanı qeyd olundu ki, ölkələrimiz arasında çoxtərəfli əlaqələrin qurulmasına böyük ehtiyac vardır və hər iki tərəf bu sahədə konkret addımlar atılmasına tərəfdardır. Dövlət başçılarının fikrincə, əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı surətdə faydalı münasibətlər yaradılması üçün istər Azərbaycanda, istərsə də Argentinada lazımi iş görülməsinə, dövlətlərarası müqavilələr bağlamaq istiqamətində hazırlıq tədbirləri aparılmasına ehtiyac vardır və bu iş tezliklə başlanmalıdır.
Argentina Prezidenti Karlos Saul Menem Azərbaycan Prezidenti Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu. Azərbaycan Prezidenti də Argentina Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi. Bu dəvət də böyük razılıqla qəbul olundu.
Səmimilik və dostluq şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə edildi.