Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

 - Hörmətli vətəndaşlar!

Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm. Bir neçə gün bundan öncə “Etimad” qəzetində Azərbaycanın dini rəhbəri, Qafqaz müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanına təhqirli yazılar yazılıbdır. Biz bu yazılarla əlaqədar ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslərdən yüzlərlə məktublar almışıq. Bütün  məktublarda insanlar  belə bir hadisə ilə əlaqədar öz hiddətlərini bildirirlər və mənə, Azərbaycan Prezidentinə müraciət edirlər ki, Azərbaycanın dini rəhbəri Şeyxülislamı təhqir edən qəzet cəzalansın. Mən bütün bu fikirlərlə razıyam.

Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil dəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə cox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar  yazılmasının  şahidiyik. Mənim özümü də, Azərbaycan Prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm.

Azərbaycan Prezidenti Azərbaycan dövlətinin simvoludur. Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu, bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlərin yazılması bunun müəlliflərinin və o qəzetin nə qədər düşgün vəziyyətdə olduğunu nümayiş etdirir.

Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər  vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda, təbiidir ki, bu, bizi narahat etməlidir. Mən bunu nə üçün deyirəm? Çünki bu , indi Şeyxülislama yönəldilmiş bir təhqirdir. Amma ümumiyyətlə, təhqir, yalan, böhtan bizim bir çox mətbuat orqanlarında adi hala çevrilibdir. Nə məqsəd daşıyırlar? Ölkədə, insanlarda müxtəlif fikir formalaşdırmaq. Buna nail ola bilməyəcəklər!

Azərbaycan artıq bu il öz müstəqilliyinin onuncu ilini qeyd edəcəkdir. Son 8 ildə Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, xalqın rifah halının günü-gündən yaxşılaşması, iqtisadiyyatın inkişaf etməsi, şəhərlərimizin, kəndlərimizin, yaşayış yerlərimizin abadlaşması və inkişaf etməsi tam təsdiq edir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və yaşayacaqdır. Hər bir vətəndaşın borcu bu istiqamətdə xalqına xidmət etməkdən ibarət olmalıdır.

Ancaq bəziləri, təəssüflər olsun, - indi mən belə fikrə gəlməyə məcburam, - nə xalq, nə millət, nədəmənəviyyat haqqında düşünmürlər. Yəqin ki, onlar bu yollarla hansısa qazanc əldə etmək məqsədi daşıyırlar. Belə qazanılan vəsait də, təbii ki, halal olmaz,bizim millətin gözəl sözü var - haram olar. Yaxud da, sadəcə, ya özləri, onların arxasında duran qüvvələr, ya da xaricdən hansısa qüvvələr Azərbaycanda təxribat etmək və Azərbaycanda millətimizin  milli-mənəvi dəyərlərini ləkələməyə çalışırlar.

        Ona görə də mən bu hadisəyə kəskin etirazımı bildirirəm, hiddətlənmişəm və cəmiyyətimizdə bu məsələ iləəlaqədar yaranmış hiddətə tam təbii qiymət verirəm. Düşünürəm ki, bu barədə qanun çərçivəsində ölçülər götürülməlidir.

        Mən Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam. O, mənə bildirib ki, məhkəməyə veribdir. Güman edirəm ki, məhkəmə dəədalətli qərar çıxaracaqdır.

        Bu fürsətdən istifadə edərək, bir-iki məsələyə də toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda  tərbiyələndirməliyik.

        Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə,  əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı  böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyyələndirməliyik. Amma bunun əvəzinə, bizim cəmiyyətimizdə bəzi qüvvələr buraxdıqları ayrı-ayrı qəzetlərlə, jurnallarlaxalqımızın içərisində, xüsusən gənclərin içərisində pozuculuq işləri ilə məşğuldurlar.

Yəqin ki, ictimaiyyətə məlumdur. Bir neçə belə qəzetlər, bir neçə belə jurnallar harada çıxır, kim çıxarır, nə məqsəd daşıyır. Nəməqsəd daşımağı məlumdur. Amma başqa şeylər, mən bu gün soruşurdum, bizim dövlət orqanlarına məlum deyildir. Bu, bir tərəfdən bizim Azərbaycanda azadlığın nə qədər yüksək dərəcədə olduğunu göstərir, amma eyni zamanda, onu göstərir ki, ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslər, bəzi adamlar verilmiş bu azadlıqdan öz şəxsi mənafeləri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ya anlamırlar, ya da anlayaraq bizim xalqımızın mənəviyyatını, əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər. Vaxtilə, bir neçə il bundan öncə mən bu barədə fikrimi bildirmişdim.

Bakıda fəaliyyət göstərən bəzi gecə klublarında səhərə qədər müxtəlif oyunlar, əyləncələr təşkil edilir və çox vaxt da bu əyləncələr ifrat dərəcəyə gəlib çatır. Bütün Azərbaycan xalqının əxlaqına, mənəviyyatına zidd forma alır və beləliklə də bizim gənclərimizin bir hissəsinin əxlaqı pozulur. Bu, dəhşətli bir şeydir.

       Ölkəmizin dərdi var,bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək - bunlar bizim ümumi dərdimizdir. Amma  bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən,  çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər.

Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var.

Biz insanların bəzilərinin bizneslə məşğul olaraq zənginləşməsinin əleyhinə deyilik. Ancaq bizəo da məlumdur ki, Avropanın, Amerikanın ən zəngin insanları birinci növbədə mənəviyyatı qoruyurlar. Onlar nə qədər zəngin olsalar da, milyardlarla dolların, böyük işlərin sahibi olsalar da heç vaxt mənəviyyatsız yola getməzlər.  İnsanlar amma təəssüf ki, varlandıqdan, zənginləşdikdən sonra , xalqına, dövlətinə daha yaxşı xidmət etmək barədə düşünməli, daha çox iş görməlidir. Əldə etdiyi vəsaitlə yeni işlər görüb Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməlidir. Amma təəssüf ki, bəziləri özləri də, övladları da  əxlaqsızlığa, mənəviyyatsızlığa yol verirlər. Bəziləri bizim gənc qızlarımızı yoldan çıxarırlar, onları əxlaqsızlığa sövq edirlər. Bunların hamısı bizim yeni bəlalarımızdır. Bu bəlalarla mübarizə aparmaq lazımdır.

Mən bu gün şəhər icra hakimiyyətinin başçısı Abutalıbova və daxili işlər naziri Usubova bu barədə lazımi göstərişlər vermişəm. Lazım olan ölçülər götürülməli və bütün bunların hamısına son qoyulmalıdır. Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.

Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoqrafiya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə şeylər yoxdur.  Orada mənəviyyat çox yüksək səviyyədədir. Amma biz, bu barədə tamamilə başqa mentalitetə malik olan xalqımız  indi bir neçə il içərisində bəzi adamların pozğun hərəkətlərinə məruz qalmışıq.  Biz buna dözə bilmərik.  Biz bunların hamısının qarşısını alacağıq. Ona görə də mən bu fikirlərimi cəmiyyətə bildirmək üçün bu gün televiziya və radio qarşısında çıxış edirəm. Güman edirəm ki, cəmiyyət mənim bu fikirlərimin tərəfdarı olacaqdır, və hərə öz yerində bu cür mənəviyyatsız hərəkətlərin qarşısını almağa çalışmalıdır.

Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişəən yüksək keyfiyyət hesab olunubdur. Amma namusunu, qeyrətini, şərəfini alçaldan insanlar özləri-özlərini bu uçuruma salırlarsa, artıq başqalarının da mənəviyyatını pozurlar. Biz bunlara dözə bilmərik və xalqımız da dözməməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma buna münasibətini bildirmir. Yaxud da ki, üzünü o tərəfə döndərir: “mənə nə dəxli var”. Bu desə ki, “mənə nə dəxli var”, o desə ki, “mənə nə dəxli var”, o birisi desə ki, “mənə nə dəxli var”, onda bizim  millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-gedə, əlbəttə ki, çox böyük çətinliklərlə rastlaşacaqdır.

Azərbaycanın Prezidenti kimi mən bu barədə qəti fikrimi bildirirəm. Bir də bəyan edirəm ki,  biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi  ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin.    

Hər bir insan özü öz mənəviyyatını qorusun. Əgər görəndə ki, haradasa mənəviyyat pozulur, onun qarşısını alsın. Onun axarında getməsin. Pornoqrafiya halına düşmüş bəzi qəzetlər, jurnallar burada nəşr olunur və ayrı-ayrı adamlar tərəfindən alınır. Amma əgər onu nəşr edənlər bilsələr ki, bunlar alınmır, onlar nəşr etməzlər. Çünki onlar zərərə düşəcəklər, pul itirəcəklər və onda da belə şeylər olmazdı. Ona görə də mən həmin o şəxslərə də müraciət edirəm ki, düşünsünlər: onlar Azərbaycan xalqına məxsusdurlar. Azərbaycan  xalqının milli-mənəvi dəyərləri onları bugünkü günə gətirib çıxarıbdır. Bunlara xəyanət etmək olmaz. Bu sözləri deyərək mən xalqımıza müraciət edirəm, Azərbaycan xalqını çağırıram ki, bizi narahat edən bu nalayiq və cəmiyyətimiz üçün təhlükəli olan halların qarşısının alınması üçün hərə öz səyini göstərsin. Sağ olun.   

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı