AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ ŞİMON PERES İLƏ GÖRÜŞÜ
Azərbaycanda İsrailin səfirliyi fəaliyyət göstərir və bu ölkədən respublikamıza tez-tez nümayəndələr gəlir. Görüşdə bu barədə razılıqla söhbət açıldı. Qeyd olundu ki, ölkələrimiz arasında bir sıra ümumi problemlər də vardır. Ona görə də İsrail tərəfi müəyyən məsələlərin həllində Azərbaycana yaxından kömək etmək niyyətindədir.
Şimon Peres İsraildə Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəyə səfərini səbirsizliklə gözlədiklərini xüsusilə vurğuladı. Azərbaycan dövlətinin başçısı bu dəvətdən istifadə edəcəyini söylədi.