Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ TÜRK MƏTBUATINDA

“Zaman” qəzeti özünün 26 iyun 2002-ci il tarixli nömrəsində xəbər verir ki, İstanbulda Türkiyə, Rusiya, Yunanıstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan dövlət və hökumət başçılarının iştirakı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illiyi münasibətilə keçirilən zirvə toplantısı öz işinə başlamışdır. Sammitdə terrora qarşı ortaq mübarizə aparılması qərara alınmış, toplantının yekun sənədində bu məsələyə xüsusi yer ayrılmışdır. QİƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları həmçinin təşkilatın dinamik və ümidverici regional birlik olmaq etibarilə “gələcək uğurları naminə ona siyasi dəstək verdiklərini güclü bir şəkildə bəyan etmişlər”. Türkiyə Prezidenti Əhməd Necdət Sezər ötən 10 ildə təşkilatın böyük uğurlar qazandığından söz açaraq, yaxın müddətdə Bosniya-Hersoqovina, Makedoniya və Xorvatiya kimi Balkan ölkələrinin də QİƏT-ə üzv olmasının məqsədəuyğunluğunu qeyd etmişdir. O bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında, habelə Gürcüstanda baş verən münaqişələr regionun yüksəlişinə və burada sabitliyə əsas maneələrdir. 

Qəzet Azərbaycan Prezidenti Heydər Əliyevin sammitdəki çıxışına mühüm yer ayırmışdır. Reportajda deyilir ki, dövlətimizin başçısı Azərbaycan neftini Qərb bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsinin həyata keçirilməsi prosesinin artıq başa çatmaq üzrə olduğunu, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsinin də qısa bir müddətdə gerçəkləşəcəyini qətiyyətlə ifadə etmişdir. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin ədalətli həlli yolları tapılmayınca Azərbaycan tərəfinin geriyə addım atmayacağını söyləmişdir. “Cümhuriyyət” qəzeti 27 iyun nömrəsində Azərbaycan Respublikasının Ankarada yeni səfirlik binasının açıldığını xəbər verir. Bildirilir ki, bu münasibətlə Oran məhəlləsindəki Diplomatik küçədə keçirilmiş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıkoğlu, Baş nazirin müavini, dövlət naziri Dövlət Baxçalı, milli müdafiə naziri Səbahəddin Çaxmaqoğlu və başqaları iştirak etmişlər.

Prezident Heydər Əliyev Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu xatırladaraq, Azərbaycanın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına Türkiyənin daim dəstək verəcəyini vurğulamışdır. 1990-cı illərdən bu yana Bakı-Ceyhan üçün çalışdıqlarını, nəhayət, bu layihənin əhəmiyyətli mərhələyə gəlib çatdığını nəzərə çarpdıran Heydər Əliyev demişdir: “Biz Ceyhana gedəcək və bu işin bitməsini birlikdə bayram edəcəyik”.

“Sabah” qəzeti də həmin gün çıxan nömrəsində Azərbaycan səfirliyinin yeni binasını iki prezidentin birlikdə açdığını xəbər verir. Qəzetin müxbiri bu mərasimə prezidentlərin əl-ələ tutaraq gəlmələrini onların arasındakı böyük səmimiyyətin nişanəsi kimi xüsusi vurğulayır. Azərbaycan Prezidentinin Bakı-Ceyhan boru kəməri tikintisinin 2005-ci ildə bitəcəyini və açılış mərasimində onun da iştirak edəcəyini qətiyyətlə bildirməsi “Posta”, “Zaman” və “Hürriyyət” qəzetlərinin həmin gün çıxan nömrələrində yer almışdır. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə keçirilmiş digər tədbirlər də türk mətbuatının diqqət mərkəzində olmuşdur. Azərbaycan dövlətinin başçısının Bilkənd Universitetinə hədiyyə etdiyi “İhsan Doğramacı” heykəlinin açılışı həmin tədbirlər içərisində xüsusi yer tutur. “Sabah” qəzetinin yazdığına görə, Bilkənd Universitetində keçirilmiş bu mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev və onun dostu, dünya şöhrətli alim İhsan Doğramacı ilə birlikdə dövlət nazirləri Rəcəb Önal və Şüayib Üşənməz, Bilkənd Universitetinin rektoru professor Əli Doğramacı və başqaları iştirak etmişlər. İhsan Doğramacı ilə 10 il əvvəl tanış olduğunu söyləyən Prezident Heydər Əliyev onun Azərbaycan xalqına böyük sevgisini, Azərbaycan dövlətinin böyük dostu olduğunu səmimiyyətlə qeyd etmişdir. Sonra üzünü professor Doğramacıya tutan Prezident Heydər Əliyev demişdir: “Sən də çox yaşayacaqsan, mən də çox yaşayacağam. Bir-birimizə verdiyimiz sözə sadiq qalaq. Sənin 85 yaşını Bakıda bayram etdik. 90 və 100 yaşlarını da Bakıda təntənə ilə keçirəcəyik. Sənin 100 illik yubileyini də mən təşkil edəcəyəm”.

Qəzetlər həmçinin qeyd etmişlər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə Azərbaycan heykəltəraşı Ömər Eldarovun yaratdığı bu 4 metr 20 santimetrlik heykəl İhsan Doğramacının öz sağlığında heykəlinin qoyulmasını istəmədiyinə görə uzun bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmışdır. “Milliyyət” qəzetinin həmin mərasimdən hazırladığı reportajda (27 iyun) Azərbaycan Prezidentinin bu sözləri qabarıq verilmişdir: “Azərbaycan ləhcələrini mən özüm belə hörmətli dostum Doğramacı qədər bilmirəm. Onun torpağa səpdiyi toxumlar əsrlər boyunca yüksəlib səmaya ucalacaq. Mən, əslində, insanların öz sağlığında onların heykəlinin qoyulmasına qarşıyam. Ancaq buna baxmayaraq, Doğramacının heykəlinin öz sağlığında Universitetin həyətində qoyulmasına qərar vermişəm. Bu heykəl əsrlər boyunca burada qalacaq”. Qəzetin yazdığına görə, professor İhsan Doğramacı kiçik yaşlarından ana vətən həsrəti ilə böyüdüyünü və türklərin yaşadığı hər yeri özünə vətən bildiyini söyləmiş, lakin etiraf etmişdir ki, “Azərbaycanın mənim üçün bambaşqa bir yeri vardır”. Bilkənd Universitetinin qarşısında keçirilən həmin mərasimdən “Axşam”, “Hürriyyət”, “Türkiyə”, “Cümhuriyyət” qəzetləri də reportajlar dərc etmişlər.

“Türkiyə” qəzeti 27 iyun 2002-ci il tarixli nömrəsində Azərbaycanın Ankaradakı səfirliyinin yeni binasının açılışından əvvəl Oran məhəlləsinin Diplomatik küçəsində, səfirlik binasının yaxınlığında “Azərbaycan Mədəniyyət Evi”nin də açılış mərasimi keçirildiyini xəbər vermişdir. Qeyd edilir ki, “Azərbaycan Mədəniyyət Evi”nin istifadəyə verildiyini bildirən açılış lentini Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı kəsmişlər.

 

Qəzet həmçinin yeni səfirlik binasının yerləşdiyi küçəyə “Bakı” adının verildiyini də yazır. “Bakı” küçəsinin həmin gün keçirilən açılış mərasimində çıxış edən Ankara böyük şəhər bələdiyyə başqanı Melih Gökçək Bələdiyyə Məclisi tərəfindən belə bir qərarın çıxarılmasının tamamilə qanunauyğun olduğunu bildirmişdir. “Bakı küçəsi” yazılmış lövhənin üzərindən qırmızı örtüyü Azərbaycan Prezidenti Heydər Əliyev götürmüşdür.

“Zaman” qəzeti, 28 iyunda çıxan nömrəsində xəbər verir ki, Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıkoğluna bir müddət əvvəl öz Fərmanı ilə təltif etdiyi “Şöhrət” ordenini təntənəli surətdə təqdim etmişdir. Azərbaycan dövlətinin başçısı bu münasibətlə keçirilmiş mərasimdə çıxış edərək, Türkiyə və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə təltif olunduğu “Şöhrət” ordenini Hüseyn Qıvrıkoğlunun sinəsinə taxmışdır. Azərbaycan Prezidenti görkəmli türk sərkərdəsinin Azərbaycan ordusunun son illərdəki inkişafına şəxsən böyük diqqət və qayğı göstərdiyini söyləmiş, bu qayğı və diqqət sayəsində milli Azərbaycan ordusunun təlim və döyüş qabiliyyətinin qat-qat artdığını vurğulamışdır. “Radikal” qəzeti 28 iyun nömrəsində xüsusi qeyd edir ki, Azərbaycan Prezidenti general Hüseyn Qıvrıkoğlunun hərbi qulluqdan tərxis olunduqdan sonra da Azərbaycanda ən əziz qonaq kimi qarşılanacağını bildirmiş, onu həyat yoldaşı ilə Azərbaycana dəvət etmişdir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıkoğlu cavab nitqində Azərbaycanın ali dövlət nişanı ilə təltif olunmasından böyük şərəf və qürur duyduğunu bildirmişdir. Mərasimdən reportaj dərc etmiş “Hürriyyət” qəzeti generalın aşağıdakı sözlərini sitat gətirmişdir: “Türkiyə Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycan arasındakı dostluq və strateji əməkdaşlığın inkişafına verdiyi töhfələr iki dost və qardaş ölkənin, xalqlarımızın yaxın münasibətləri zəminində qiymətləndirilməlidir. Çünki Türkiyə və Azərbaycan böyük türk millətinin qurduğu iki qardaş dövlətdir”. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilmiş mərasim haqda məlumatlar “Axşam”, “Posta” və “Sabah” qəzetlərində də dərc olunmuşdur.

Qəzetlər, həmçinin, Azərbaycan Prezidenti Heydər Əliyevin türk dünyası qarşısında göstərdiyi xidmətlərə görə bir neçə fond və birlik tərəfindən xüsusi mükafatlara layiq görüldüyünü və səfər zamanı həmin mükafatların təqdimetmə mərasimlərinin keçirildiyini xəbər vermişdir. “Zaman” qəzeti 28 iyun tarixli nömrəsində dövlətimizin başçısını mükafatlarla təltif etmiş təşkilatlar arasında Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi, Türkiyə Sənayeçiləri və İş Adamları Vəqfi, Azərbaycan-Türkiyə Dövlət və Əməkdaşlıq Fondu və Ankara İşgüzar Qadınlar Cəmiyyətini xüsusi qeyd etmişdir. Mükafatların təntənəli təqdim olunma mərasimində Azərbaycan Prezidentinin söylədiyi bu sözlər türk mediasında böyük rəğbətlə qarşılanmışdır: “Biz yalnız milli və mənəvi dəyərlərimizi dünyəvi dəyərlərlə birləşdirərək, Avropa yolu ilə getsək, daha güclü olarıq. Əks təqdirdə, öz köklərimizdən qopmuş olarıq”.

Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri türk vətəndaşlarında, türk mətbuatında həmişə olduğu kimi, bu dəfə də böyük təəssürat buraxmışdır. Səfərin yekunları Prezidentimiz Vətənə döndükdən sonra da türk mətbuatında müzakirə olunmaqdadır. Bu baxımdan tanınmış ictimai xadim, “Təqvim” qəzetinin şərhçisi Akkan Suvərin həmin qəzetin 1 iyul tarixli nömrəsində dərc etdiyini “Bir sülh adamı” sərlövhəli məqalə böyük maraq doğurur. Məqalədə Azərbaycan Prezidentinin keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirməsi qabarıq nəzərə çarpdırılır. Müəllif yazır: “Qanayan bir yara halına gələn Dağlıq Qarabağ məsələsini Prezident Heydər Əliyev hər nitqində, hər çıxışında gündəmə gətirdi. Atatürkün “Yurdda sülh, cahanda sülh” sözündən ilham aldığını vurğulayan Cənab Heydər Əliyev bu məsələyə dair baxışlarını belə dilə gətirdi: “Mən Ermənistanla sülh bağlamadım. Hər iki tərəfdən insanlar ölməsin deyə, atəşkəs müqaviləsi imzaladım. Sülh bağlanması üçün qəsb edilib, əlimizdən alınan torpaqların geri qaytarılması lazımdır. Mənim niyyətim qan tökmək deyil. Müzakirə və görüşləri səbrlə davam etdirirəm. Amma unutmaq olmaz ki, səbrin də bir sonu vardır”.

Akkan Suvər Prezident Heydər Əliyevin Qars şəhərinə səfərini xüsusi diqqətlə işıqlandırmışdır. Məqalədə Heydər Əliyevin Qarsdakı Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü bildirilir. Daha sonra yazıda deyilir: “Bəli, keçən həftə Türkiyə Heydər Əliyev ilə birlikdə Azərbaycan həqiqətini yaşadı. Azərbaycan hazırda Beynəlxalq nomraların müasir cizgilərinə sahib çıxmağı sakit və həssas bir tərzdə qiymətləndirərkən ev-eşiklərindən qaçqın düşmüş bir milyondan artıq insanın hüquqlarının bərpasını da tələb etməkdədir. Türkün səbri böyükdür. Lakin türkün ittihamı da böyükdür. Unutmaq olmaz ki, bu böyük millətin ayranı daşmağa başlayanda onun qarşısında nə bir sədd, nə bir qala dayana bilməz. İndi türkün ayranını daşdırmamaq qayğısı bir az ermənilərin, bir az da onların arxasında duranların üzərinə düşür. Çünki Heydər Əliyevin və onun şəxsində Azərbaycanın səbr kasası dolmaqdadır. Əgər Azərbaycanın səbr kasası bu gün hələ daşmırsa, bu Heydər Əliyevin böyük diplomatiyasının nəticəsidir. Heydər Əliyevin Türkiyəyə səfəri bizlərə bir daha sübut etdi ki, Dağlıq Qarabağ məsələsi təkcə dünya türklüyünün də məsələsi olaraq qalmır. O, artıq dünyanın məsələsinə çevrilir”. Müəllif məqaləsini bitirən anda televiziya ilə futbol üzrə dünya çempionatında Türkiyə milli komandasının 3-cü yerə çıxması münasibətilə Azərbaycan Prezidentinin türk xalqına müraciətini dinlədiyini və bunun bütün türk milləti tərəfindən yüksək qiymətləndirildiyini yazır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO