Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YALTAYA İŞGÜZAR SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 20-də Livadiya sarayına gəldi. Dövlətimizin başçısını burada Ukrayna Prezidenti Leonid Kuçma mehribanlıqla qarşıladı. 

Sonra Livadiya sarayında GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü öz işinə başladı. Ukrayna Prezidenti Leonid Kuçma giriş sözü söylədi, sonra GUÖAM -a sədrlik edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə söz verdi. Respublikamızın rəhbəri GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarını və sammitdə müşahidəçi kimi iştirak edən dövlətlərin nümayəndələrini salamladı, zirvə görüşünün iclasını açıq elan etdi. Azərbaycan Prezidenti Heydər Əliyev iclasda geniş nitq söylədi.

Gürcüstan Prezidenti Eduard Şevardnadze, Moldova Prezidenti Vladimir Voronin, Ukrayna Prezidenti Leonid Kuçma da iclasda nitq söylədilər.

Azərbaycan Prezidenti Heydər Əliyev iclasa yekun vurdu.

Daha sonra GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçıları “Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dair ümumi səylər haqqında bəyannamə”ni, “GUÖAM-ın fəaliyyətində müşahidəçilərin statusu haqqında GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının qərarı”nı, “GUÖAM dövlətlərinin Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamə”ni, “GUÖAM-ın zirvə görüşünün yekunları”na dair birgə rəsmi məlumatı imzaladılar.

Üzv ölkələrin xarici işlər, mədəniyyət nazirləri, ticarət-sənaye palatalarının başçıları da müvafiq sənədlər imzaladılar.

İmzalanma mərasimindən sonra GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçıları birgə mətbuat konfransı keçirdilər. Mətbuat konfransını GUÖAM-a sədrlik edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev açdı. Dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

Mətbuat konfransından sonra dövlət başçıları Livadiya sarayının qarşısında birgə xatirə şəkli çəkdirdilər.

Günortadan sonra Ukrayna Prezidenti Leonid Kuçmanın adından GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

İyulun 20-də Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylor ilə görüşdü. Görüşdə hər iki ölkəni maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparıldı, GUÖAM təşkilatının perspektivlərindən söhbət açıldı.

Elə həmin gün dövlətimizin başçısı Heydər Əliyev Ukraynada yaşayan azərbaycanlılarla görüş keçirdi. Salona toplaşanlar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.

Görüşü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açaraq, soydaşlarımızla görüşə gəldiyinə görə respublikamızın rəhbərinə minnətdarlığını bildirdi.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev görüşdə çıxış edərək, konqresin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə geniş nitq söylədi, soydaşlarımıza dəyərli tövsiyələr verdi.

Respublikamızın rəhbərinə Ukraynada yaşayan soydaşlarımız adından xatirə hədiyyələri təqdim edildi. Prezident Heydər Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

İyulun 20-də axşam Azərbaycan Prezidenti Heydər Əliyev Yaltadakı dövlət iqamətgahından maşın karvanının müşayiəti ilə Belbek hava limanına gəldi. Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Respublikamızın rəhbəri fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlətimizin başçısı Heydər Əliyev onu yola salmağa gəlmiş azərbaycanlı icmasının nümayəndələri ilə səmimiyyətlə sağollaşdı. Uşaqlar Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Respublikamızın rəhbəri Heydər Əliyevi Belbek hava limanında Ukraynanın, habelə Krım Muxtar Respublikasının yüksək vəzifəli şəxsləri, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Dövlətimizin başçısı elə həmin gün gecə Vətənə qayıtdı.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə verdi.

Axşamınız xeyir olsun. Hər halda, heç bir sutka keçməyib ki, mən buradan gedəndə sizinlə görüşmüşəm. İndi mən qayıtmışam. Orada olarkən bizim apardığımız işlər haqqında informasiya orqanlarında məlumatlar verilibdir. Qısa onu deyə bilərəm ki, bu, GUÖAM təşkilatının növbəti görüşü idi. Təşkilatın nizamnaməsinə görə, son bir ildə GUÖAM-a Azərbaycan Respublikası sədrlik edirdi.

Orada bir çox vacib məsələləri müzakirə etdik, o məsələlər haqqında lazımi qərarlar qəbul etdik. Həmin məsələlər də sizə məlumdur. Qərarların qəbul edilməsində fikir müxtəlifliyi olmayıbdır. GUÖAM-ın sammiti öz işini müvəffəqiyyətlə başa çatdırdı. İndi, bundan sonra GUÖAM-a Gürcüstan sədrlik edəcəkdir. Sizə bundan başqa bir şey deyə bilmərəm. Əgər köklü sualınız varsa, buyurun, verin.

SUAL: Cənab Prezident, bölgələrdə qaçqınlar üçün evlər tikildi. Sizin bu ay ərzində qaçqınlarla görüşünüz planlaşdırılmışdır. Bu, nə zaman olacaqdır?

CAVAB: Bunlarin hamısını mən bilirəm, ay cavan oğlan, ay mənim oğlum. Əsas məsələ onların tikilməsidir, qaçqınların böyük bir hissəsinin oraya köçüb yaşamasıdır. Mən isə söz vermişəm ki, o evlər hazır olanda oraya gedəcəyəm. İndi mənim 5 gün tez və ya gec getməyimin əhəmiyyəti yoxdur. Məqsəd ondan ibarətdir ki, o evlər tikilsin. Orada qaçqınların yaşaması üçün şərait yaradaq və onlar orada yaşamağa başlasınlar. Bunu etmişik. Oraya gedəcəyimi demişdim və bu gün də yenə deyirəm, təsdiq edirəm. Gedin öz gözünüzlə görün, hər şey istənilən kimi olub. Bəlkə daha bir iş görmək lazımdır. Göranboy rayonunda, Ağcakənddə tikilən evlərin hamısı vaxtilə, 1988-ci ildən Ermənistandan qovulmuş azərbaycanlılar üçündür. Çünki o vaxt 200 mindən artır azərbaycanlı Ermənistandan qovulmuşdu, ötən dövrdə onlar müəyyən qədər yerləşiblər. Kimsə o vaxt, münaqişə başlayanda evini dəyişdiribdir, kiməsə ev veriblər. Hər halda, az qismi yersiz qalmışdır. Ona görə də mən birinci növbədə Dövlət Neft Fondundan ayrılan vəsaitlə məhz Ermənistandan qovulmuş insanlar üçün evlər tikdirmək istədim. Ona görə ki, onlar artıq Ermənistana qayıtmayacaqlar. Demək, onlar üçün şərait yaratmaq lazımdır ki, yaşasınlar. Yaxşı iqlimi, yaxşı torpağı var. Hər ailə üçün yaxşı bir ev tikilibdir. Hər evin qabağında 12 sot torpaq var. Ondan əlavə, hər ailəyə istifadə etmək üçün bir hektar torpaq sahəsi verilibdir. Beləliklə, biz bu məsələni həll edirik.

Amma təkcə orada deyil, onların bir qismi Şəmkirdə məskunlaşmaq istəyib, digər qisminə burada, Mehdiabadda yer ayırmışıq, onlar üçün evlər tikilir. Bu, prosesdir, bunun birinci hissəsi oradadır. İndi vaxt tapıb gedəcəyik.

SUAL: Cənab Prezident GUÖAM-ın perspektivsiz qurum olması barədə müxtəlif fikirlər söylənilir. Yalta sammitindən sonra bu fikirlər arxa plana keçəcəkmi?

CAVAB: Bilirsiniz, bu fikirlər ola bilər ki, gələcəkdə də söylənsin. Burada təəcüblü bir şey yoxdur. Kimsə GUÖAM-ı istəyir, kimsə istəmir. Kİmsə ona inanır, kimsə inanmır. Bu, təbiidir, bunlar yenə olacaq-olmayacaq, mən deyə bilmərəm. Amma güman edirəm ki, yenə də olacaqdır.

SUAL: Cənab Prezident, bir gündən sonra mətbuat işçilərinin bayramıdır. Mümkünsə, bununla bağlı fikirlərinizi bölüşəydiniz. Ötən il Sizin mətbuat işçiləri ilə daha da yaxınlaşmağınız müşahidə olundu.

CAVAB: Mən mətbuat günü münasibətilə təbrik göndərmişəm. Ondan sonra da baxarıq.

SUAL: Cənab Prezident, bu yaxınlarda Siz bildirdiniz ki, Ermənistan Prezidenti ilə görüşəcəksiniz. Bu görüşün vaxtı məlumdurmu?

CAVAB: Hələ məlum deyildir.

SUAL: Cənab Prezident, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndəsi Uilyam Teylorla görüşünüz oldu. Bu görüş barədə nə deyə bilərsiniz?

CAVAB: Orada görüşdük, elə bir söhbətimiz olmadı. Yəni elə bir əhəmiyyət kəsb edən söhbətimiz yox idi.

SUAL: Cənab Prezident, GUÖAM təşkilatına yeni üzv qəbul oluna bilərmi, kiməsə orada müşahidəçi statusu verilə bilərmi?

CAVAB: Ola bilər, bir çox ölkələrdən müşahidəçilər gəlmişdi. Amma heç kəs istəmir ki, mütləq yeni üzvlər gəlsin. İndi nə varsa, odur. Amma ola bilər. Bu da təbii bir şeydir. Sağ olun.

X x x

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir