RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
İRANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Prezident sarayında İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəkini qəbul etmişdir.
Mənuçehr Mottəki İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.
Görüş zamanı Azərbaycan-İran ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olundu.