Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmişdir

Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə yeni salınacaq “Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmək üçün Bakının Xətai rayonuna gəldilər.

“Bakı Ağ şəhər” layihəsi üzrə görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

Layihənin planı ilə tanışlıqdan sonra dövlətimizin başçısı təmizlənmiş ərazilərə baxdı, burada görülmüş işlərlə yerində tanış oldu.

Qeyd edildi ki, bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunmuşdur. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.

Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısı “Ağ şəhər”in rəmzi təməl daşının üzərindən örtüyü götürdü.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazidə ağac əkdilər.

Dövlətimizin başçısı mərasim iştirakçılarını salamlayaraq dedi:

- Sizi təbrik edirəm. Bakı şəhərində çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. “Ağ şəhər” layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki “Qara şəhər” ərazisində “Ağ şəhər” yaradılır. Bakının, Azərbaycanın zəngin neft yataqlarından müxtəlif insanlar istifadə etmişlər. Öz maddi imkanlarını yaxşılaşdırmışlar. Ancaq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbələr vurmuşdular. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bura “Qara şəhər”ə çevrildi. İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Bir neçə metr dərinlikdən neft tullantıları çıxarıldı, ekoloji tədbirlər görüldü. Ümumiyyətlə, bu ərazinin təmizlənməsi Bakının ekologiyası üçün əvəzsiz məsələdir. Ancaq təmizləyəndən sonra bu ərazidə yeni şəhərin salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir.

Bu şəhər tikiləcək. Bu şəhər yaşayacaq. Şəhər içində “Ağ şəhər”də on minlərlə insan yaşayacaq. Gözəl ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar salınacaqdır. Planlarımız çoxdur. İndi Bakının gözəlləşməsi ilə bağlı çox böyük tədbirlər görülür. Bakı bulvarı bir neçə dəfə uzadılır. Hazırda 4 kilometrdir. Bir neçə aydan sonra biz yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Dövlət Bayrağı Meydanı ilə birlikdə 10 kilometrdən daha da böyük məsafəni əhatə edəcəkdir. Həm şəhər sakinləri üçün, gəzinti üçün, istirahət etmək üçün yeni imkanlar yaradılır. Eyni zamanda, şəhərin bu tərəfini də abadlaşdıracağıq. Burada da yeni bulvarlar salınacaqdır. Beləliklə, sahil boyu bəlkə də 10 kilometrlərlə ölçülən yeni ictimai yerlər yaradılacaqdır.

Mən əminəm ki, bu şəhərin tikintisində həm yerli, həm xarici investorlar iştirak edəcəklər. Bu layihə çox böyük peşəkarlıqla işlənilib. Bu layihə artıq mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda təqdim edilib və ən yüksək mükafatlar alıb. Dünya miqyasında ən gözəl memarlıq layihələrinin birinə çevrilibdir. Bu layihənin hazırlanmasında yerli şirkətlər, yerli memarlar, mütəxəssislər iştirak etmişlər. Eyni zamanda, dünyanın ən qabaqcıl memarlıq, dizayn və inşaat şirkətləri də bu layihənin hazırlanmasında öz səylərini göstərmişlər. Beləliklə, gün gəldi ki, biz “Ağ şəhər”in təməl daşını qoyduq. Bir müddət bundan əvvəl bütün hazırlıq işləri təşkil edilmişdir. Mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir. Mən ümid edirəm ki, yaxın zamanlarda bu ərazilərdə gözəl binalar tikiləcək, ucaldılacaqdır. Hər bir bina memarlıq abidəsi olmalıdır. Hər bir bina çox böyük zövqlə, səliqə ilə, peşəkarlıqla tikilməlidir ki, bizim gözəl şəhərimiz daha da gözəlləşsin.

Bu layihənin hazırlanmasında və icrasında iştirak etmiş bütün insanları salamlayıram, onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl, dünya miqyasında nadir layihənin həyata keçirilməsində əməyi olan bütün insanlar yüksək qiymətə layiqdirlər. Bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlamışdır. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyillər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq. Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaqdır. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcəkdir. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcəkdir. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcəkdir, həm yerli şirkətlər, həm xarici şirkətlər.

Azərbaycan xarici investisiyalar üçün çox münasib bir yerdir. Biz bütün investisiyaları alqışlayırıq. Əminəm ki, biz yaxın zamanlarda birinci binaların açılışını qeyd edəcəyik.

Sizə bu işlərdə uğurlar arzulayıram, xüsusilə inşaatçılara. Burada bütün işlər yüksək səviyyədə olmalıdır ki, şəhərimiz daha da gözəlləşsin. Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sağ olun.

Bakı “Ağ şəhər” layihəsinin baş direktoru Ruslan SADIQOV dövlətimizin başçısına müraciət edərək dedi:

-Cənab Prezident, icazə verin fürsətdən istifadə edib kollektivin adından biz də Sizin və ailənizin Yeni ilini təbrik edək. Belə bir təməlqoyma mərasiminin Sizin məhz ad gününüzdə olması hamımız üçün böyük şərəfdir. Təbrik edirik! Sizə ailə səadəti arzulayırıq və təməlini qoyduğunuz bütün işlərdə müvəffəqiyyət arzulayırıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir