RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DİALOQ VƏ ƏMƏKDAŞLIĞIN GƏNCLƏR FORUMUNUN PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Prezident sarayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun prezidenti Əli Sarıqayanı qəbul etmişdir.
Forumun prezidenti İslam Konfransının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının yüksək səviyyədə təşkil olunduğunu, uğurla davam etdiyini söylədi. O, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı, təşkilatın yaranması və fəaliyyəti ilə bağlı məlumat verdi.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, özünün salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.