RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Prezident sarayında İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin İhsanoğlunu qəbul etmişdir.
İKT-nin baş katibi İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının yüksək səviyyədə təşkilinə və bu tədbirdə dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərini və 1998-ci ildə İKT-dəki tarixi çıxışını məmnunluqla xatırlatdı.
Prezident İlham Əliyev belə önəmli tədbirin ölkəmizdə keçirilməsindən şad olduğunu söylədi və dedi ki, mən böyük xidmətlərinizi nəzərə alaraq, bu gün sizi Azərbaycanın yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif etmişəm.
Dövlətimizin başçısı “Şöhrət” ordenini İkmaləddin İhsanoğluna təqdim etdi.